“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ

“Yaşıl Dünya  Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Martın 5-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl Dünya  Naminə Həmrəylik ili” çərçivəsində "Yaşıl Dünya  Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib.  Gənclər Evinin akt zalında keçirilən tədbirdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP şəhər təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərliyi, idarə və müəssisələrin rəhbərləri, MDU-nun, Turizm və Tibb Kolleclərinin, təhsil müəssisələrinin  təmsilçiləri, ictimai təşkilatların və qeyri-hökumət təşkilatların nümayəndələri, mətbuat işçiləri, əmək veteranları, tələbə gənclər iştirak ediblər. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb. Əvvəlcə torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra "Yaşıl Dünya  Naminə Həmrəyliyə gedən yol” mövzusunda videoçarx nümayiş olunub. 
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. "Yaşıl Dünya Naminə Həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji  zonası elan olunmuşdur. Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişməsidir. Ölkəmiz də qlobal iqlim dəyişməsindən geri qalmayıb, məhz bu baxımdan cənab Prezidentimizin imzaladığı bu sərəncam həmin problemləriun qarşısının alınması sahəsində beynəlxalq həmrəyliyi zəruri edir. 
Şəhər rəhbəri qeyd edib ki, bu il Azərbaycan COP 29 tədbirinə ev sahibliyi edir. Dünya Birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu, etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Azərbaycan həm bərpa olunan enerji yaradır, həm də sürətlə yaşıllaşdırma işlərini bərpa edir. Cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransda Azərbaycan iqlim dəyişikliyinə verdiyi töhfələrini əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaqdır.  Və bütün bunlar ölkəmizin nüfuzunu dünyada bir daha əhəmiyyətli dərəcədə artıracaqdır. 
İ.İsmayılov vurğuladı ki, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə " Yaşıl Dünya  Naminə Həmrəylik ili” çərçivəsində "Yaşıl Dünya  Naminə Həmrəyliyə gedən yol” mövzusunda keçirdiyimiz bu tədbir bizim üçün qarşıda duran vəzifələrin planlaşdırılması və il ərzində görəcəyimiz işlərin proqramlaşdırılması üçün əsasdır. Mingəçevir yaşıllığı ilə hər zaman seçilir. Şəhərimizin yaşıllıq zolaqlarında ağacların əkilməsi ilbəil genişlənir, bu sərvətlərə qulluq, yaşıllıqların suvarılması  da daim diqqət mərkəzində saxlanılır. Bu gün də şəhərimizin Bayraq Meydanı yaxınlığında və Şərq giriş qapısı istiqamətindəki yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkməklə biz mingəçevirlilər yeni layihəyə başlayacağıq.  Əminliklə demək olar ki, mingəçevirlilər cənab Prezidentimizin bu sərəncamının yerinə yetiriliməsində də bacarıqlarını əsirgəməyəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər. 
Təbirdə MDU-nun şöbə müdiri, dosent Asim Məmmədov, 8 saylı Regional Ekologiya və Təbiil Sərvətlər İdarəsinin məsləhətçisi Ülkər Paşayeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil sektorunun Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva çıxış edərək fəalyiyət proqramlarından danışmışlar. Çıxış edən ictimaiyyət nümayəndələri fikir və təkliflərini bildirmişlər.
Sonra tədbir iştirakçıları şəhərimizin Bayraq Meydanı yaxınlığında və Şərq giriş qapısı istiqamətinə gedərək bu ərazilərdəki yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkmişlər. 
Mingəçevir qəzeti
 

Xəbər lenti