Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub
12 Sentyabr 2022, 17:17
12 Sentyabr
2022
17:17
434
30 il əvvəl-1992-ci iI noyabrın 21-də müstəqil Azərbaycanın həyatında olduqca əlamətdar, tarixi bir hadisə baş verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, doğrudan da ölkənin həyatında misilsiz bir hadisə idi. Bu, ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü idi və həm tarixə, həm də müasirliyə əsaslanan bu ideologiya bütün cəmiyyəti birləşdirirdi. Bu ideologiya həm tarixi keçmişimizi özündə ehtiva edirdi, həm də müasir siyasəti əhatə edirdi. Yarandığı gündən bu günədək partiya böyük, şərəfli və uğurlu bir yol keçdi. YAP, demək olar ki, cəmiyyətin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir, o, sözün əsl mənasında, ümumxalq partiyasıdır.
YAP-ın bir qolu olan Ucar rayon təşkilatı da böyük qürur hissi ilə yaranmasının 29-cu ilini qeyd edib. Bu münasibətlə 10 sentyabr 2022-ci il tarixdə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ucar rayonunun mərkəzində ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyub, Ulu Öndərin xatirəsini anıblar. Sonra tədbir Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərərgahında davam edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti müstəqil Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Təşkilat sədri vurğulayıb ki, YAP yaradıldıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, xalqın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində partiyanın sıraları genişləndi və 1993-cü il sentyabrın 11-də Ucar rayon təşkilatı yaradıldı.
Daha sonra YAP Ucar rayon təşkilatının sədr müavini Nuru Piriyev rayon təşkilatının keçən illər ərzindəki fəaliyyəti barədə məruzə edərək qeyd edib ki, partiyanın "Yeni, müstəqil Azərbaycan uğrunda" ideyasından çıxış edən YAP Ucar rayon təşkilatı dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edir. N.Piriyev bildirib ki, 1993-cü il sentyabr ayında 19 ərazi təşkilatında 160 nəfər üzvü olan rayon təşkilatının sıraları ötən illərdə rayon ziyalıları, xüsusilə də qadınların və gənclərin üzvlüyü ilə böyüyərək hazırda 58 ərazi təşkilatı üzrə 4286 nəfərə çatıb. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün, o cümlədən YAP Ucar rayon təşkilatının ətrafında birləşmiş partiya üzvlərinin Ulu öndərimiz Heydər Əliyevin siyasi məktəbinin yetirməsi və onun ideyalarının davamçıları olduğunu vurğulayan natiq 44 günlük Vətən müharibəsi və Tarixi Zəfərimizin yaratdığı yeni reallıqların ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoyduğunu və bu hədəflər uğrunda əllərindən gələni etməyə hazır olduqlarını bildirib.
Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Təhsil sektoru Ərazi Partiya Təşkilatının sədri Yeganə Süleymanova çıxışlarında bundan sonra da partiyanın qarşıya qoyduğu vəzifələrin icra olunmasında fəal olacaqlarını ifadə ediblər.
Tədbirin sonunda Milli Məclisin deputatı Ramil Həsən geniş və əhatəli çıxış edib. Millət vəkili partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Ramil Həsən Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaətlə həyata keçirilməkdədir. Bu tarixi reallığı Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşdirir və inkişaf etdirir.
Daha sonra millət vəkili çıxışında 29 illik fəaliyyət tarixi olan Ucar Rayon Təşkilatı barədə ətraflı danışıb və vurğulayıb ki, 29 il olduqca ciddi rəqəmdir və Yeni Azərbaycan Partiyasının bölgələrdəki qurumları arasında Ucar rayon təşkilatı fəaliyyəti ilə seçilən təşkilatlardandır. Təşkilat yarandığı ildən, 1993-cü ildən siyasi həmfikirləri bir araya toplayıb və onun üzvləri fəaliyyətləri ilə rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq, yenidənqurma işlərində yaxından iştirak edirlər.
Millət vəkili çıxışında Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb və qeyd edib ki, partiyanın yaranması gənc dövlətimiz üçün dönüş nöqtəsi idi: "Müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın yaxşı xatirindədir. O zamankı iqtidarın müstəqilliyi saxlamağa gücü çatmırdı, eyni zamanda biz müharibə şəraitində yaşayırdıq və cəbhədəki uğursuzluqlar, əlbəttə ki, cəmiyyətimizi böyük sarsıntı içində saxlayırdı. Ölkədə gedən xoşagəlməz proseslər, az qala vətəndaş müharibəsinə çatdıran hadisələr, böhran, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik müstəqilliyimizə böyük təhlükə yaratmışdı. Belə bir vəziyyətdə parlaq simaların, ziyalıların, cəmiyyətimizdə böyük nüfuz sahibi olan insanların Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratması zamanın labüd hadisəsi idi. Ulu Öndərin baxışları real konkret proqramlarda öz əksini tapmışdı”.
Millət vəkili Ramil Həsən daha sonra istər 1-ci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində savaşımızın zəfərlə nəticələnməsində Ucardan olan qəhrəman oğulların şücaətindən, torpaqlarımızın azadlığı, birlik və bərabərlik uğrunda canlarını fəda edərək şəhid, qazi, veteran və Vətən müharibəsi iştirakçısı olan Ucar sakinlərindən danışıb: "Bu gözəl gündə- partiyamızın yerli təşkilatının 29-cu ildönümündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi bir daha hörmət və ehtiramla yad edir, dəyərli qazilərimizə uzun və sağlam ömür arzulayıram. Mənim üçün fəxr və qürur hissidir ki, 2020-ci ilin fevral ayında Yeni Azərbaycan Partiyası rəhbərinin etimadı və sizlərin etibar edib verdiyiniz səslə Ucar 91 saylı Seçki Dairəsindən Milli Məclisə depuatat seçildim. Geridə qoyduğumuz iki il yarım ərzində böyük məsuliyyətlə çalışıram ki, partiyamızın Ucar rayon təşkilatının, dəyərli seçicilərimizin, hər bir Ucar sakininin yanında olum, dövlətin və qanunların mənə vermiş olduğu səlahiyyət və imkanlar çərçivəsində vətəndaşların haqq səsini aidiyyəti orqanlar qarşısında qaldırım və mümkün qədər həllinə nail olum. Bəzən hansısa problemlərin həllində çətinliklərlə üzləşirik və bu, təbii ki, hansısa vətəndaşın narazılığına səbəb olur, ancaq bu gün əminliklə deyə bilərəm ki, ədalət qarşısında vicdanım rahatdır, mən Ucarın dəyərli seçiciləri ilə daim birbaşa ünsiyyətdəyəm, onların dərdlərini öz dərdim, sevincini öz sevincim kimi qəbul edirəm. Dövrün tələbinə uyğun olaraq xüsusilə gənc nəslin təhsili, tərbiyəsi, düzgün istiqamətlənməsi naminə daha diqqətli olmağa çalışıram. Çünki Azərbaycanın gənclər siyasətinin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etməkdədir”.
Deputat sonra Yeni Azərbaycan Partiyasının Ucar rayon Təşkilatının sədri Şəhla xanım Abdullayevaya birgə fəaliyyətdə dəstəyinə görə təşəkkürünü bildirib.
Millət vəkili Ramil Həsən Yeni Azərbaycan Partiyasının Ucar rayon Təşkilatının 29-cu ildönümü münasibətilə tədbir iştirakçılarını və partiya üzvlərinin hər birini bir daha təbrik edib, günbəgün genişlənən, üzvlərinin sayı durmadan artan, siyasi müstəvidə rəqibi olmayan Yeni Azərbaycan Partiyasının dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi sahədə apardığı islahatların həyata keçirilməsində bundan sonra da öz töhfələrini verəcəyini vurğulayıb və əmin olduğunu bildirib ki, bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi sayılan Yeni Azərbaycan partiyası bu sahədə də liderliyi özündə saxlayacaq.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə Fəxri Fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.
Xəbər lenti
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SOSİAL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
MANŞET, SOSİAL
Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
SOSİAL
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SOSİAL
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SOSİAL
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SOSİAL
4 fəsil dəniz mövsümü olan şimal adası