Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az

Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
Azərbaycanda yeni təhsil portalı fəaliyyətə başlayıb. www.edutime.az domeinində fəaliyyət göstərəcək sayt təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib yenilikləri oxuculara çatdırmağı hədəfləyir. Portalda eyni zamanda elm və təhsil sahəsindəki problem və uğurları özündə əks etdirən gündəlik materiallarla yanaşı, rubrika yazıları, müsahibə, reportaj, araşdırmalar da oxuculara təqdim ediləcək.
Edutime.az eyni zamanda təhsil sahəsində müxtəlif məzmunlu rəy sorğuları keçirərək, aktual məsələlərə ictimai rəyi öyrənəcək.

Portalın təsisçiləri tanınmış jurnalistlər Hacıbəy Heydərli və Fərid Şahbazlıdır.

Xəbər lenti