Yevlaxda Şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin açılışına həsr edilmiş tədbir keçirilib

Yevlaxda Şəhidlərin xatirəsinə ucaldılmış Abidə kompleksinin açılışına həsr edilmiş tədbir keçirilib
7NEWS.az xəbər verir ki, Yevlax rayonunun Gülövşə kəndində Vətən müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış Abidə kompleksinin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov, Şəhid ailələrinin nümayəndələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. 
Əvvəlcə Dövlət Himni səsləndirilib.  Müstəqil müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd etdi ki, 2020-ci ilin sonlarında Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə 30 il ərzində Ermənistanın işğal altında saxladığı Qarabağ torpaqları işğaldan azad edildi və Xalq-Prezident-Ordu birliyinin təcəssümü olan 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük tarixi Qələbə sayəsində dövlət müstəqilliyinin ən vacib elementlərindən biri olan ərazi bütövlüyümüz bərpa olundu. Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini, onun ən ümdə vəsiyyətinə ləyaqətlə əməl edən Prezident İlham Əliyev isə ölkənin ərazi bütövlüyünü təmin etdi. Qeyd edilib ki, bu müqəddəs Zəfər yolunda şəhadətə ucalan qəhrəman Azərbaycan oğulları xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərə nəzər etsək şahid olarıq ki, Şəhid ailələrinin nümayəndələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.  
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini İlqar Hüseynov bildirib ki, Ümumilli liderimiz Heydər Əliyevin bizə miras qoyub getdiyi Azərbaycanımızı qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali baş Komandanı Cənab İlham Əliyevin Rəhbərliyi ilə Dəmir yumruq altında birləşərək əsgər və zabitlərimizin şücaəti nəticəsində 44 gün davam edən Vətən  müharibəsində işğal olunmuş torpaqlarımızı azad edildi. Bizə qələbə sevincini bəxş edən şəhidlərimiz torpaq uğrunda canlarından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Azərbaycan xalqı tarixin bütün dövründə qəhrəmanlar yetişdirmiş bir toplum olduğu üçün igid əsgərlərimiz heç bir ad san söhrət üçün döyüşə atılmamışdır. Onların hər birinin başlıca amalı vətənə sevgi və onun düşməndən müdafiəsi idi. 
Sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov vurğulayıb ki, Ümummilli Liderimizin azərbaycançılıq ideyası özünün yenilməz gücünü Vətən müharibəsində bir daha nümayiş etdirdi. Azərbaycanda mehriban qonşuluq və dostluq şəraitində yaşayan müxtəlif millətlərin nümayəndələri dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə düşməni məğlub etdilər. Möhtəşəm Zəfərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir. Bu gün Şəhidlərimizin xatirəsinə həsr olunmuş Abidə kompleksinin açılış mərasimində iştirak etmək qürurvericidir. Azərbaycan xalqı, dövlətir var olduqca Şəhidlərimizin əziz xatirəsi ucadan-uca tutulacaq, daim anılacaqdır. 
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd etdie ki, biz hər birimiz fəxr edir və qürur hissi ilə söyləyirik ki,  müstəqil Azərbaycanın və Partiyamızın qurucusu, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində yaranıb formalaşmış, cənab Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə ən müasir silahlarla təchiz edilmiş Silahlı Qüvvələrimiz, mənəvi-fiziki cəhətdən yetkin, gənc, peşəkar və vətənpərvər hərbçilərimiz təcavüzkar Ermənistanı diz çökdürərək hər birimizin başını uca etdilər. Yerli təşkilatın sədri Şəhid ailəsinin nümayəndələrinə vətənpərvər, tərbiyəli, mərd və cəsur oğullar böyütdüyünə görə xüsusi təşəkkür hissini ifadə edib, Azərbaycan igidlərinin əbədi və silinməz tarix yazdığını, bu qəhrəmanlıq salnaməsinin gənclərimiz üçün əsl örnək və nümunə olduğunu diqqətə çatdırdı. 
Tədbir çərçivəsində Yevlax Mədəniyyət işçilərinin və Gülövşə kənd tam orta məktəbinin şagirdləri tərəfindən bədii kompozisiyalar nümayiş etdirilib, vətənpərvərlik ruhunda yazılmışe mahnılar səsləndirilib. 
Tədbirdə çıxış edən Şəhid ailəsinin nümayəndələri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək,qeyd etdilər ki, bu gün Azərbaycan xalqı başını dik tutur. Ona görə ki, uzun illər davam edən işğala,təcavüzə son qoyuldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bir daha erməni faşistləri bizim torpağımıza göz dikməyəcək. Çünki onlar unudulmaz "Dəmir Yumruq” dərsi aldılar. Fəxr edirik, bizim yetişdirdiyimiz övladlar Vətən uğrunda şəhadətə ucalıblar. Onlar əlçatmaz və daim öz xalqı tərəfindən anılacaq zirvədədirlər.

Xəbər lenti