Yusuf Məmmədəliyev: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır"

Yusuf Məmmədəliyev:
"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır".
7NEWS.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bildirib.

Y. Məmmədəliyev deyib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: "Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir".

Xəbər lenti