Zakir Qaralov və Fikrət Məmmədovun diqqətinə: “Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA

Ötən yazımızda Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim Adil oglunun sədrliyi ila Yaqubova Natəvan Azik qızının Azarbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı ətraflı məlumat vermişdik.
7NEWS.az xəbər verir ki, iş üzrə ilkin Appelyasiya baxışı 27 sentyabr saat 15:30-a təyin edilmişdi. İclas vaxtı bəlli oldu ki, zərərçəkənin şikayəti olduğuna görə proses 2 oktyabr saat 11-ə təyin edilmişdi. Bu barədə təqsirləndirilən Natəvan Yaqubovanın vəkili Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə 2 oktyabr saat 11-də hakim Habil Məmmədovunsədrliyi ilə Appelyasiya instansiyasının ilkin baxışı baş tutub. Natəvan Yaqubovanın vəkili Əli Hüseynov birinci instansiya məhkəməsinin açıq-aşkar ədalətsizliyə yol verdiyini məhkəməyə faktlarla sübut edib və sonuncu, şəxsiyyəti bəlli olmayan "stajsız” ekspertin HEÇ OLMASA ATASININ ADININ müəyyən edilməsi, məhkəməyə dəvət edilməsi ilə bağlı vəsadət verib: "Mən vəsadət verdim ki, 30-40 ilin ekspertlərinin rəyinin nəzərə alınmamasını qoyuram bir kənara. Heç olmasa BU İŞ YERİ, STAJI, ŞƏXSİYYƏTİ BƏLLİ OLMAYAN ekspert Cavid İsmayılovunatasının adını dəqiqləşdirin, məhkəməyə dəvət edək. Vəsadətimdə qeyd etdim ki, Appelyasiya məhkəməsini qismən məhkəmə istintaqı aparılmaqla keçirilsin. Təbii ki, bununla da biz 1-ci Məhkəmə instansiyasının hansı özbaşınalığa, qanunsuzluğa yol verdiyini sübut etmiş olacağıq. Sözün düzü məhkəmə heyəti peşəkarlardan ibarətdir. Onlar çox gözəl bilirlər ki, vəsadətim təmin olunsaydı Natəvan Yaqubovanın günahsız olduğu ortaya çıxacaq, ilkin instansiyanın haqqa, ədalətə, hüquqa zidd getdiyi blli olacaqdı. Buna görə məhkəmə heyəti müşavirə otağına getdi, geri qayıdanda isə vəsadətin qəbul olunmadığı, məhkəmənin istintaq olmadan davam edəcəyini dedilər. Bu analoqu olmayan özbaşınalıqdır, bu Azərbaycan məhkəmə sitemini dünyada BİABIR etmək deməkdir, bu nonsensdir. Bu açıq-aydın haqqa, ədalətə meydan oxumaq deməkdir”
Araşdırmamız göstərir ki, burada çox maraqlı məqamlar, daha doğrusu vəzifə səlahiyyətlərindən sui-istifadə halları var.
Bu hallara hüquqi qiymət versən cinayət tərkibli olması da müəyyən edilə bilər. Son 1 ildə Azərbaycan məhkəmə sistemində aparılan islahatlar onu göstərir ki, rüşvət manipulyasiyayası üzərində qurulan fəaliyyətin sonu həbslə nəticələnir. Artıq son bir neçə ayda 10-a yaxın hakim rüşvətə görə işçdən azad edilib, haqqında cinayət işi başlanılıbdır. Bu onu deməyə əsas verir ki, ölkə başçısı İlham Əliyevin bu sahədə ortaya qoyduği iradənin icrası başlanılıb və bütün yollar ƏDALƏTƏ aparır.
Amma və lakin...
Görünən odur ki, bəzi hakimlər gedən islahatları düzgün dəyərləndirmir və "günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər”. Araşdırmmızda ortaya çıxan detallar olduqca böyük, bəzi hallrda mütəşəkkil cinayətin olduğunu ortaya qoyur.
Əvvalə belə bir suala aydınlıq gətirək: Niyə ölkənin 3 nüfuzlu hakimi 30-40 ilin ekspertlərinin rəyini bir kənara ataraq, İŞ YERİ, STAJI, ŞƏXSİYYƏTİ BƏLLİ OLMAYAN ekspert Cavid İsmayılovu məhkəməyə dəvət etmirlər? Məhkəmə bir tərəfə qalsın, niyə ümumiyyətlə bu adamın atasının adı işdə qeyd olunmur? Stajsız eksperti kim, hardan, necə və nə məqsədlə tapıbvə ya "kirayələyib”? Və bu ekspertin rəyi niyə 20-30-40 il stajı olan alim ekspertlərin rəyindən dəyərli olur?
İkincisi, Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim qanunsuz hökmünü hakim Habil Məmmədov qüvvədə saxlamaqla, işin ədalətli hüquqi həllini niyə və hansı marağa görə təmin etmir?
Üçüncüsü, qarşı tərəf təkcə məhkəməni ala almaqla kifayətlənməyib, eyni zamanda, ictimaiyyəti də aldadır. Məqalələrin birində qeyd olunub ki, Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş. Bu da yalan məlumatdır. Ailənin 3 övladı var. Bu prosesə baxışda hüququ, qanunu kənara atıb, emosional davranışlar üzərindən cəmiyyəti aldatmaq, məhkəmə üçün rəy yaratmaq məqsədi daşıyır. Bu yalan məlumatı kim və niyə tirajlayır?
Dördüncüsü, bəzi saytlarda yenə ictimayyət aldadılıb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilərək, əməliyyat masasında keçindiyi qeyd olunur. Bu da ağ yalandır. Xəstə əməliyyat olunduqdan sonra tam sağlam şəkildə evə buraxılıb, 4 dəfə ona lazımi amblator xidmət göstərilib.Azyaşlı Tunar öz evlərində, naməlum şəraitdə damarını zədələyib və dünyasını dəyişib.
Məlumat üçün qeyd edək ki, Xatai Rayon Məhkəməsinin hakimi İrahimli İbrahim Adil oglunun sədrliyi ila Yaqubova Natəvan Azik qızının Azarbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Yaqubova Natavan Azik qizının Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilmişdi. Ölüm hadisəsi baş verəndən dərhal sonra məhkəmə-tibbi ekspertizası təyin olunur və 02 iyun 2018-ci il tarixli 35/MEŞ №-li ekspert rəyi alınır. Həmin ekspertiza rəyi ilə müəyyən olunur ki, azyaşlı Turanın ölümünə səbəb sol tərəfli tonzillektomiya cərrahi əməliyyat sahəsindən baş vermiş sonrakı qanaxma ilə əlaqədar tənəffüs yollarının qanla tutulması nəticəsində inkişaf edən aspirasion asfiksiya, kəskin tənəffüs çatışmamazlığı olmuşdur. Bundan sonra Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin böyük prokuroru Rzayev Orxan Bayram oğlu tərəfindən iş üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilir. Müstəntiqin qərarı əsasında iş materiallarına əsasən keçirilmiş 05.09.2018-ci il tarixli 279/KEŞ №-li Komisyon məhkəmə-tibbi ekspertizasının rəyi alınır. Bu ekspertizaya Azərb. Respublikası Səhiyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi Tədris Birliyinin şöbə rəisi, ali dərəcəli ekspert Ziyafəddin Məmmədov başçılıq edir. Otolarinqoloq-mütəxəssis kimi isə ekspertizanın keçirilməsinə ATU-nun Otolarinqologiya kafedrasının dosenti Ayaz Qasımov, ekspertlər kimi 2011-ci ildən ekspert stajına malik Cavid Cahangirli və 2007-ci ildən ekspert təcrübəsinə malik Rafik Nuriyev cəlb edilirlər. Bu rəylə razılaşmayan hüquqi varis Rafiq İsayev müxtəlif instansiyalara şikayətlər etməyə başlayır və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralov bu şikayətlərlə bağlı 15.01.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə məktub ünvanlayır. Hörmətli Baş Prokuror Zakir Qaralovun xahişi nəzərə alınaraq, bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikasının sözün əsl mənasında ən təcrübəli ekspertləri - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin rəisi, tibb elmləri namizədi cənab Azər Dəmirov, 42 il ekspert təcrübəsinə malik (1977-ci ildən) Birliyin ali dərəcəli eksperti Elmira Hüseynova və mütəxəssis-otolarinqoloq, ekspertizanın keçirilməsinə ekspert kimi cəlb edilmiş, 35 illik iş təcrübəsinə malik (1984-cü ildən), M.Əfəndiyev adına 2 №-li şəhər xəstəxanasının burun-qulaq-boğaz şöbəsinin müdiri işləyən Elxan Məmmədov cəlb olunurlar. Bu ən yüksək səviyyəli ekspertlər 28.02.2019-cu il tarixli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının iş materialları üzrə keçirdikləri 28 №-li rəyini tərtib edərək, istintaq orqanına təqdim edirlər. Bu ekspertiza rəyi ilə də müalicə həkimi Natavan Yaqubovanın Turan İsayevin barəsində hər hansı bir qanun pozuntusuna yol verməməsi müəyyən edilir.
Artıq bunula yekunlaşmaq olardı! Bəs onda çıxış yolu nədədir? Yalnız Natavan Yaqubovanı şərləyib məhkəmə məsuliyyətinə verməkdə!
İstintaq orqanı belə də edir və Respublikanın ən mötəbər və ən təcrübəli ekspertlərinin ardıcıllıqla verdikləri rəyləri bir kənara tullayır, yenidən bir dəfə də 27 mart 2019-cu il tarixdə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin etmək barədə qərar qəbul edilir və bu dəfə ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin yerli şöbəsinin, yəni Nəsimi rayon şöbəsinin rəisi Eldəniz Şirinov, Ekspertiza Birliyinin sıravi eksperti Vüqar Məmmədov və otolorinqalogiya sahəsinin mütəxəssisi kimi Cavid İsmayılov adlı nə yaşı, nə atasının adı, nə də ki, bu ixtisas üzrə iş stajı, iş yeri və tutduğu vəzifəsi göstərilməyən bir şəxs ekspert qismində cəlb olunurlar. Tərəfimizdən aparılan araşdırma nəticəsində bəlli olur ki, bu "ekspert-otolarinqoloq” cavan bir oğlandır və təbii ki, onun təcrübəli mütəxəssis olmasından söhbət belə gedə bilməz. Məhz buna görə də onun kim olması təqsirləndirilən şəxsdən belə gizlədilir.
Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib. Mövzunu davam etdirəcəyik.
7NEWS.az
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
MANŞET, TƏHLİL
Azərbaycan-Tacikistan əlaqələri ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində önəmli yer tutur
-
MANŞET, TƏHLİL
Azərbaycanda müasir dövlətçilik ənənələrinin əsası Heydər Əliyev dönəmində qoyulub
-
MANŞET, TƏHLİL
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
-
MANŞET, TƏHLİL
"Heydər Əliyevə görə Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşayıb-yaratdılar..."
-
MANŞET, TƏHLİL
Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...
-
MANŞET, TƏHLİL
Zakir Qaralov və Fikrət Məmmədovun diqqətinə: “Bu hakimlər “günahkarın səsini kəsmək üçün günahsızın başını kəsirlər” – FAKTLARA SÖYKƏNƏN ARAŞDIRMA
-
MANŞET, TƏHLİL
Paşinyan Qarabağı ikinci dəfə işğal etmək istəyir