Zaman keçdikcə Heydər Əliyev şəxsiyyəti daha uca zirvələrdə görünür

12 Dekabr 2022, 15:45
12 Dekabr
2022
15:45
77
Əli Hüseynli
Milli Məclisin deputatı
Bu gün Azərbaycan xalqı 19 il öncə əbədiyyətə qovuşmuş dahi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin anım gününü dərin hüzn və eyni zamanda xoş xatirələrlə yad etməkdədir. Zaman ölçüsündə cismən bizdən uzaqlaşdıqca Heydər Əliyevin əzəmətli şəxsiyyətinin cizgiləri daha aydın görünməyə başlayır. 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfərin işığında bu fövqəlbəşər insanın həyat və fəaliyyətinə yeni baxış bucağından nəzər salarkən onun siyasi portreti düşüncəmizdə daha dolğun əks olunur.
Dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev Azərbaycan tarixinə xilaskarlıq missiyası ilə düşmüş və ölkəmizi zirvələrə qaldırmış nadir şəxsiyyətlərdən biridir. O, hər birimizin qan və qəlb yaddaşında qurucu dövlət xadimi və xalqın məhəbbətini qazanmış milli lider kimi yaşayır. Ona görə də Heydər Əliyevi səciyyələndirən epitetlərdən biri onun ən böyük azərbaycanlı olmasıdır.
Yeni, müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Onun obyektiv tarixi zərurət kimi 1993-cü ilin iyun ayında ölkə rəhbərliyinə gəlişi müstəqil Azərbaycanın qurtuluş təqvimi, ölkənin inkişaf strategiyasının dönüş nöqtəsidir. Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdi.
Bu baxımdan dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması ilk növbədə Heydər Əliyevin tarixi xidməti kimi dəyərləndirilməlidir. Çünki məhz onun yenilməz siyasi iradəsi sayəsində dövrün tələblərinə uyğun sistemli inkişaf modeli yaradılmış və müstəqil Azərbaycan Respublikasının gələcək taleyi müəyyənləşmişdir. Həmin dövrdə ölkənin malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi, uğurlu neft strategiyasının həyata keçirilməsi və hüququn aliliyinin təmin edilməsi istiqamətində yürüdülən siyasət dövlət quruculuğunun möhkəm təməllər üzərində inkişaf etdirilməsi üçün münbit zəmin yaratmış oldu. Bu addımlar növbəti mərhələlərdə genişmiqyaslı siyasi və sosial-iqtisadi islahatların reallaşdırılması ilə davam etdi. Ulu Öndərin insan hüquqları və demokratik dəyərlərə milli maraqlar kontekstində yanaşması ilə ölkəmizdə yeni inkişaf mərhələnin əsası qoyuldu.
Demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, milli qanunvericiliyin müasir standartlara uyğun təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində təşəbbüsün ələ alınması, ölkə əhalisinin dinc və firavan həyat şəraitində yaşamasını təmin etmək kimi mühüm tarixi vəzifələr Heydər Əliyevin fəaliyyət proqramı müəyyən edən prioritet istiqamətlər olmuşdur. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyanın qəbul olunması ilə ölkənin əsas hüquqi, dünyəvi dövlətçilik modelinin əsas hüquqi bazası yaranmış oldu.
Həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın təşəkkül tapması, tarixi soykökə qaydış və azərbaycançılıq prinsipləri Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər müasir Azərbaycan inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Ümummilli Lider Azərbaycanı ən geridə qalmış respublikadan iqtisadi cəhətdən mərkəzdən asilı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Azərbaycanın o dövrdəki neqativ meyillərin təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması ittifaq miqyasında böyük əks-sədaya səbəb olmuşdu.
Sonrakı mərhələdə SSRİ-nin ali hakimiyyət orqanlarında mühüm siyasi postlarda çalışarkən Ulu Öndər öz amallarına və prinsiplərinə sadiqliyini, dünya miqyasında yüksək nüfuzunu qoruyub saxlamağa nail olmuşdur. Bu nüfuz Azərbaycanı daxili və xarici təhlükələrdən qoruyan əsas amil idi. Ona görə də Heydər Əliyev 1987-ci ildə Kremldən uzaqlaşdırıldıqdan sonra respublikada başlayan və müstəqillik çağırışları ilə müşayiət olunan xalq hərəkatı həm də ona göstərilən ədalətsiz münasibətə etirazın təzahürü idi. Bir çox siyasi analitiklər bu nəticəyə gəlmişlər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə süquta uğrayacağını və Azərbaycanın müstəqil dövlət kimi təşəkkül tapacağını öncədən görürmüş. Bu nəticə ən yeni tarixin real yekunu ilə bir daha təsdiqlənir və Heydər Əliyev fenomeninin böyüklüyünü təcəssüm etdirir.
Lakin bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etməyə başlamışdır. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı həmin dövrdə Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "Sovet Sosialist” sözləri çıxarıldı, 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırıldı. Həmin dövrdə zaman keçdikcə Azərbaycanın inkişaf strategiyasının ideoloji sütununa və ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması da Heydər Əliyev ideyalarının təntənəsidir. Nəhayət, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər vətəndaş müharibəsinə sürüklənmiş Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi...
Azərbaycana rəhbərlik etdiyi o illərdə Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdəndir ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi. Əsrə bərabər cəmi 10 il ərzində müstəqil Azərbaycan Respublikasının sükanı arxasında duran Heydər Əliyev xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərb demokratiyası ilə Şərq dəyərlərinin bənzərsiz sintezini özündə əks etdirən yeni nəsil müasir dövlət modelini formalaşdırmağa nail oldu. Bu siyasətin bariz nəticəsidir ki, bu gün Azərbaycan öz tolerantlığı və multikultural dəyərləri ilə dünyanının bütün digər ölkələrinə təkrarsız nümunədir.
Beləliklə, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Ulu Öndərin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır.
Azərbaycanın Heydər Əliyev epoxasından sonrakı mərhələlərdə tarixin gedişatı qəti şəkildə deməyə əsas verir ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında dövlət quruculuğu istiqamətində yeni dövrlə səsləşən çoxşaxəli iqtisadi, sosial və hüquqi islahatlar məhz Ulu Öndərin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir, yeni çalarlarla zənginləşdirilir. Azərbaycan Prezidenti postmünaqişə dövründə bölgədə və ölkə daxilində formalaşmış yeni iqtisadi və siyasi konfiqurasiya şəraitində quruculuq işləri ətrafında və yeni zirvələr fəth etmək istiqamətində xalqı böyük ruh yüksəkliyi ilə səfərbər etməyə nail olmuşdur.
Bütün bunlar onu göstərir ki, siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyllərinin güclənməsi Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmlənməsinə, müstəqilliyimizin əbədiliyinə, ölkəmizin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Dövlət müstəqilliyimizin nicat ünvanı olan Heydər Əliyevin ən böyük vəsiyyətinə əməl edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş Prezident İlham Əliyev bu gün Ulu Öndərin siyasi kursunu yeni çağırışlara uyğun şəkildə, əzmlə, daha möhtəşəm uğurlar üzərindən inkişaf etdirməkdədir. Ona görə də əminik ki, Azərbaycan var olduqca Heydər Əliyevin xoş xatirəsi də qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır./yeni azərbaycan partiyası
Xəbər lenti
-
15:50Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:51Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:48“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:19DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
12:31"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
11:39Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
19:49Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:11Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:30İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:08Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:55“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:15Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:57Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:34Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:41“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:33“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
16:59Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
29 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
MANŞET, SİYASƏT
Prezidentin Qərbi Azərbaycana Qayıdışla bağlı fikirləri güclü arqumentlərə söykənir
-
MANŞET, SİYASƏT
Zaman keçdikcə Heydər Əliyev şəxsiyyəti daha uca zirvələrdə görünür
-
MANŞET, SİYASƏT
Vladimir Putin İlham Əliyevə zəng edib, üçtərəfli bəyanatların icrası müzakirə olunub
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti: "Fransa sülh danışıqlarında iştirak edə bilməz və bu, onun günahıdır"
-
MANŞET, SİYASƏT
DTX Naxçıvanda əməliyyat keçirir, saxlanılanlar var
-
MANŞET, SİYASƏT
Bu qanuna dəyişiklik beynəlxalq tələbdir - Əli Hüseynli
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb