Özbəkistan Rusiyadan asılı olmaq istəmir - GENİŞ ŞƏRH
23 Mart 2022, 12:39
23 Mart
2022
12:39
638
Ukraynada müharibə davam edərkən bır sıra ölkə müxtəlif hədəfləri reallaşdırmağa çalışır. Misal üçün Özbəkistan Hindistandan 140 tonluq yükün gəlişini gözləyir. Bu Daşkənd üçün vacibdir. Çünki Hindistandan çıxan yük Pakistan və Əfqanıstan üzərindən Özbəkistana çatdırılacaq. Bu Hindistan, Pakistan və Əfqanıstandan Özbəkistana uzanan ilk dəhlizdir. Hindistanın Mumbay şəhərindən çıxan yük dənizlə Pakistanın Karaçi şəhərinə çatdırılacaq, oradan maşınlarla Əfqanıstana və son mənzil Özbəkistana daşınacaq.
Bu çox mürəkkəb dəhlizdir. Bu dəhlizin işə düşməsi bölgə ölkələrinin uğuru sayıla bilər. Birincisi, Hindistanla Pakistan arasında münasibətlərdə illərdir gərginlik hökm sürür. İkincisi Əfqanıstanda Taliban qruplaşması hakimiyyətdə olması əlavə suallar yaradır.
Buna baxmayaraq, Özbəkistan bu ölkələrdən keçən dəhlizi işlək vəziyyətə salmağa müvəffəq olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyev mart ayının əvvəlində İslamabadda Pakistan prezidenti İmran Xanla görüşüb. Prezidentlər bir neçə ölkəni birləşdirən dəmiryolu xəttinin tikintisini müzakirə ediblər. Özbəkistan bu dəmiryolu vasitəsilə Pakistan və Hindistanın limanlarına çıxmağı hədəfləyir. Bu baş tutarsa Özbəkistanın dünya bazarlarına çıxışı şaxələnəcək.
Özbəkistan zəngin ölkədir, yalnız Rusiya və Çin bazarından asılı olmaq istəmir. Daşkənd Rusiyanın Ukraynada apardığı işğalçı siyasəti dəstəkləmir, tam əksinə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq Özbəkistan Rusiyaya müxtəlif məhsullar ixrac edir, vətəndaşları Rusiyada ən ağır işlərdə çalışırlar, bu əlavə gəlir mənbəyidir. Daşkənd Kremlin ona təzyiqini artıracağından ehtiyatlana bilər. Bu məqsədlə Özbəkistan iqtisadi imkanlarını genişləndirməyi qarşısına məqsəd qoyub.
Çin müttəfiqi Pakistan üzərindən keçən dəhlizlərdən istifadə edir. Çin Əfqanıstanla da əməkdaşlıq edir. Hindistan Taliban hakimiyyətə gəlmədən əvvəl Əfqanıstana xeyli investisiya qoymuşdu. Dehlinin radikal Talibana qarşı münasibəti mənfi idi. Əfqanıstanın Pakistanla ittifaqı heç zaman Hindistanın maraqlarına cavab verməyib. Taliban qruplaşmasının isə bir sıra hallarda Pakistanla münasibətlərində ssuallar yaranıb. Bu Hindistanın maraqlarına cavab verir. Ona görə də Dehli Talibanla bağlı siyasətini dəyişib və bu qruplaşma ilə təmaslara başlayıb. Digər tərəfdən Dehli Əfqanıstan üzərindən Mərkəzi Asiya ölkələrinə dəhliz imkanı əldə edib.
Dehli Pekinin "bir kəmər, bir yol” layihəsi ilə rəqabət aparmaq istəyir. Hindistanla Mərkəzi Asiya ölkələri arasında mütəmadi dialoq formatı 2018-ci yaranıb. Bu ölkələrin xarici işlər nazirlərinin ilk sammiti Özbəkistanın Səmərqənd şəhərində keçirilib. Dehlinin məqsədi aydındır, Çinin bölgədə tək hakim olmasını istəmir. Ancaq Çin bölgə ölkələrinə böyük yatırımlar qoyur. Əgər Hindistan da Mərkəzi Asiyada mövqelərinin möhkəmlənməsini istəyirsə, Çin kimi bölgəyə yatırımlarını artırmalıdır.
Elxan Şahinoğlu,
"Atlas” Araşdırmalar Mərkəzi
7News.Az
Xəbər lenti
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:50“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:36“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
15:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:17"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:57Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
16:44Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:41Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:11“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...