ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və beynəlxalq təşkilatlara müraciət edildi
12 Sentyabr 2020, 18:09
12 Sentyabr
2020
18:09
1133
Azərbaycan QHT-ləri ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və beynəlxalq təşkilatlara Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair müraciət ediblər.
Müraciətdə deyilir:
"Müşahidələrimizə görə, Ermənistan bəzi Yaxın Şərq ölkələrindən erməni əhalisini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağa və ətraf rayonlarına qanunsuz köçürməyə cəhd edir.
İşğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarımızda təcavüzkar Ermənistanın qanunsuz fəaliyyətləri və məskunlaşma siyasəti bir çox Azərbaycan QHT-ləri arasında müzakirə olunur və bu, beynəlxalq təşkilatlara müraciət etməyimizə qərar verməyə səbəb oldu.
Bu bölgədəki vəziyyətdən iyrənc məqsədlər üçün istifadə edərək, Ermənistanın bəzi Orta Şərq ölkələrindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri olan Dağlıq Qarabağ və ətraf rayonlarına erməni əhalisini qeyri-qanuni köçürməyə cəhd etməsi ilk dəfə deyil. Bu proses Çar Rusiyası dövründən başlamış, bolşevik-sovet dövründə sürətlənmiş və bu gün də davam etməkdədir.
Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı, ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyasının hesabatlarında da qeyd olunur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə fakt araşdırma missiyası göndərib və bu hesabatlar ermənilərin Qarabağa qanunsuz mütəşəkkil qaydada köçürülməsini bir daha təsdiqləyib. Bundan əlavə, tarixi və dini abidələrimizin əksəriyyəti Ermənistan tərəfindən məhv edilmişdir. Məscidlərimiz, məzarlıqlarımız və muzeylərimiz dağıdılır. Azərbaycan isə Bakıda bir erməni kilsəsini bərpa etdi və bu kilsədə 5000-dən çox erməni dilində kitab saxlanılır. Onların hərəkətləri və bizim münasibətimiz arasında fərq də məhz budur.
Əlbəttə ki, Ermənistanın bu hərəkətləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının və əlavə protokollarının kobud şəkildə pozulmasıdır. İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artırmaq, ərazilərin etnik və mədəni xüsusiyyətlərini dəyişdirmək və bununla da ilhaq siyasətini həyata keçirməkdir. Beynəlxalq Cinyət Məhkəməsinin fəaliyyətini tənzimləyən Roma Statutuna görə, bu, həm də hərbi cinayətdir.
Bu həqiqəti yalnız Azərbaycan tərəfi qaldırmır. Erməni əsilli Ani Meljumyanın beynəlxalq analitik platforma olan Euriasianet.org saytında yazdığı məqaləyə əsasən, Beyrutda baş verən dağıdıcı partlayışdan sonra, Ermənistan hökuməti Livandakı etnik ermənilərin Ermənistan və Dağlıq Qarabağa mühacirət etmələrinə kömək üçün bir yardım paketi hazırladı. 1300-dən çox Livan ermənisi 2 sentyabr tarixinə qədər Ermənistana və Qarabağa köçürüldü. Ermənilərin Diaspor məsələləri üzrə Baş Komissarı Zareh Sinanyan, Ermənistanın Hetq xəbər saytına verdiyi açıqlamada, 850 nəfərin daimi əsaslarla köçürüldüyünü söylədi.
1 sentyabr 2020-ci il tarixində Ermənistan hökuməti Livandan köçürülənlərə yardım üçün bir yardım planını həyata keçirməyə başladı. Paketə səhiyyə, təhsil və sosial yardım və mənzillə təmin etmə dəstəyinin daxil olduğu bildirilib.
Separatçıların "lideri" Arayik Harutyunyana görə, daha bir neçə Livan-erməni ailəsi Dağlıq Qarabağa köçdü. Ermənistan höküməti köçürülməyə kömək üçün humanitar fonddan 25 milyon dram (50 min ABŞ dolları) və daha sonra əlavə olaraq 17 milyon dram (35 min ABŞ dolları) ayırıb.
Azərbaycan dövləti beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə ermənilərin köçürülməsinə rəsmən etiraz etdi.
Ermənistan hökuməti tərəfindən mütəmadi olaraq qeyri-qanuni köçürülmə faktları, Qarabağa köçürülən erməni əsilli miqrant ailələri tərəfindən də sübut olunur. Bu ailələr Ermənistan Respublikası tərəfindən təşkil olunmuş şəkildə Qarabağa köçürülməsinin tamamilə qanunsuz olduğunu və bütün əlaqədar beynəlxalq humanitar hüquq qaydalarına zidd olduğu barədə bəlkə də məlumatlı deyil. Bu video keçiddən bunu müşahidə etmək mümkündür: https://www.youtube.com/watch?v=Smk4GN2qmz0feature=emb_title
Biz, aşağıda imza atan bir sıra Azərbaycan QHT-ləri, beynəlxalq ictimaiyyətə müraciət edərək, onun bu qanunsuz proseslərə, beynəlxalq humanitar hüququn pozulması hallarına və Ermənistan Respublikası tərəfindən hərbi cinayətlərin törədilməsinə biganə qalmamasını tələb edirik. ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirik".
1. Ramil İskəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
2. Vüqar Əhmədov - Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
3. Ayaz Mirzəyev - Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi
4. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi
5. Səbuhi Abbasov - Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi
6. Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi
7. İradə Riza-zadə - Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi
8. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi
9. Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzi
10. Məryəm Tağıyeva-Zeynalova - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı
11. Məryəm Məcidova - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
12. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu
13. Fuad Hüseynzadə - Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi
14. Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti
15. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyi
16. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
17. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi
18. Toğrul Allahverdili - Diaspora İnformasiya və Maarifləndirmə İctimai Birliyi
19. Fuad Abbasov - "Misra" İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi
20. Əhməd Əliyev - Demokratik Azərbaycan naminə Gənclər İctimai Birliyi
7News.Az
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
TƏHLİL, SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib