Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub

30 İyun 2022, 14:28
30 İyun
2022
14:28
98
İyunun 29-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Venesuela Milli Assambleyasının vitse-spikeri xanım Vanessa Monteronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əli Hüseynli qonaqları salamlayaraq, Venesuela nümayəndə heyətinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Konfransına qatılmaq üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. O, 2019-cu ildən etibarən Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyini diqqətə çatdırıb və Venesuelanın bu təşkilatda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyimizi bildirib. Əli Hüseynli Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də ölkələrimizin səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib və parlament səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışıb. O, bu gün Milli Məclisdə Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edildiyini və dostluq qruplarının ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.
Söhbət zamanı Əli Hüseynli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsindən danışıb. Vurğulayıb ki, ölkəmiz müharibədə qalib gələrək, regionda sülhün bərqərar edilməsini təmin edib. O, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edəcək nümayəndə heyətlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcəklərini və işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlarını diqqətə çatdırıb.
Görüşdə iştirak edən Milli Məclisin Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafı barədə fikirlərini səsləndirib.
Venesuela Milli Assambleyasının vitse-spikeri xanım Vanessa Montero səmimi söhbətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan və Venesuela nümayəndə heyətlərinin BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiklərini söyləyib.
Xanım Vanessa Montero parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışaraq, Milli Məclisdə Venesuela ilə dostluq qrupunun yaradılmasından məmnun olduqlarını deyib və Venesuela Milli Assambleyasında da tezliklə belə bir qrupun yaradılacağını bildirib.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev, Venesuela Milli Assambleyasının deputatları Timoteo Zambrano, Juan Escalona, bu ölkənin Azərbaycandakı səfiri Kristofer Martinez Berroteran və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Xəbər lenti
-
15:04Əliyevlə Paşinyanın görüş xəbəri açıqlandı
-
17:09Azərbaycan antiterror əməliyyatı keçirdi - Şəhidimizin qisası alındı
-
17:09Azərbaycan Kinosu Günündə regionlarda milli kino nümayişləri keçirilib
-
15:47Millət vəkili: "Ermənistan üçtərəfli razılaşmanın şərtlərinə əməl etmir"
-
13:57Adil Əliyev: "Bu Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir"
-
13:53“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI
-
11:49SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
11:10Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh
-
11:07Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub
-
17:45Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir - RƏY
-
14:30“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın yekun tədbiri keçirilib - FOTOLAR
-
13:40KONFUTS ATASINA QARŞI…
-
13:21Vüsal Quliyev Mingəçevir gəncləri ilə görüşüb - FOTOLAR
-
15:46Zirvəyə açılan qapı – SkyHome yaşayış kompleksi!
-
11:521 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
-
16:43“QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”nın açılış mərasimi keçirilib
-
13:20Deputat Şahlıq kəndində seçicilərlə görüşüb
-
13:17Lerik rayonunda kartof əkini ilə məşğul olan fermerlərlə görüş keçirilib
-
13:13Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
-
13:01İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlib keçirilib - FOTO
-
11:07“Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub
-
09:53Adil Əliyev: Vətəndaşlarla sıx təmas, korrupsiya və rüşvətxorluqla mübarizə icra başçılarının fəaliyyəti üçün əsas prinsiplər olmalıdır
-
09:49Deputat Ramil Həsən seçiciləri qəbul edib -FOTO
-
18:54Elm və Təhsil Nazirliyi yanında iki agentlik yaradılıb
-
18:23Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN
-
17:13Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
-
11:16“Siyasi partiyalar haqqında” yeni qanun...
-
10:49Əli Nağıyev: “Xüsusi xidmət orqanları tərəfindən hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq”
-
16:11İlk dəfə 300-dək hüquqşünas tələbənin iştirakı ilə 1 aylıq Yay Məktəbi təşkil olunur
-
19:56“Azərbaycan-Türkiyə Müəllimlərinin Yay Düşərgəsi”ndə mədəniyyət gecəsi keçirilib
-
18:21Gənclər dini radikalizm və ekstremizmə “yox” deyir-İGİB layihəsini yekunlaşdırıb - FOTOLAR
-
16:57Hüquqşunaslarla bağlı iş elanı: VAKANT YERLƏRİN SİYAHISI
-
22:20MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib
-
23:34Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb
-
20:25Azərbaycan-Gürcüstan münasibətlərinin 30 illiyi ilə bağlı konfrans keçirilib
-
19:54Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə tədbir keçirilib
-
16:46Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR
-
16:37"Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb
-
13:46ƏN BÖYÜK GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞLADI
-
12:15Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş tədbir keçirilib
06 Avqust 2022
03 Avqust 2022
02 Avqust 2022
01 Avqust 2022
30 İyul 2022
29 İyul 2022
28 İyul 2022
27 İyul 2022
26 İyul 2022
25 İyul 2022
23 İyul 2022
22 İyul 2022
Digər xəbərlər
-
MANŞET, SOSİAL
SON DƏQİQƏ: Qeyri-qanuni erməni silahlıları mövqelərimizi atəşə tutdu, ŞƏHİDİMİZ var - RƏSMİ
-
MANŞET, SOSİAL
MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu yekunlaşıb
-
MANŞET, SOSİAL
Şuşada Beynəlxalq Media Forumun açılış mərasimi keçirilib - FOTOLAR
-
MANŞET, SOSİAL
“Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
-
MANŞET, SOSİAL
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Milli Mətbuat günü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə görüşüb
-
GÜNDƏM, MANŞET, SOSİAL
MEDİA intihar xəbərləri ilə bağlı açıqlama yaydı: BU HALLARA YOL VERİLMƏMILİDİR
-
MANŞET, SOSİAL
Milli Mətbuat Günü münasibətilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub