Əgər söhbət Heydər Əliyevdən gedirsə...

08 May 2023, 17:30
08 May
2023
17:30
251
Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq? Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar. Biz onların göstərdikləri doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir.
Tanınmış aparıcı-jurnalist Lalə Azərtaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı yazdığı və AZƏRTAC-a təqdim etdiyi məqalə bu sözlərlə başlayır. Ümummilli Lider haqqında xatirələrini qələmə alan jurnalist yazır:
"Bizə doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur. Onlar bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq, onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir. Əgər söhbət xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var. Çünki hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə möhkəmlənmiş dolğun obrazını bir yazıda anlatmağa çalışacağam.
... "Diqqət Heydər Əliyev danışır”, - evimizdə hər kəs televizora diqqət kəsilir. SSRİ-nin mərkəzi televiziyasından Heydər Əliyevin çıxışını verirlər. Mən təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.
... "Diqqət Heydər Əliyev danışır”, - evimizdə yenə hər kəs televizora diqqət kəsilib. Bu dəfə yenicə müstəqilliyini bərpa etmiş ölkəmin televiziyasına baxırıq. İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə düşmüş Vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu...
... "Diqqət Heydər Əliyev danışır”, - bu dəfə evimizdə televizorun qarşısında deyilik, gecə yarı onun bir çağırışı ilə "Azadlıq” meydanındayıq. Bütün xalq ayaqdadır! Hamı – böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini sipər edib.
Bundan sonra yaddaşımda yer eləmiş parlaq günlərdir, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmin uğurlarıdır. "Gülüstan” Sarayı-"Əsrin Müqaviləsi” imzalanır. Ulu Öndər qurduğu dövlətin bünövrəsini möhkəmləndirən, XX əsrin siyasi tarixindən qırmızı xətt kimi keçəcək müqaviləni imzalayır.
İlk dəfə artıq bir vətəndaş kimi borcumu yerinə yetirmək üçün səsverməyə getməyim və fəxrlə öz səsimi Ulu Öndərə verdiyim gün də yaddaşımda yer etmiş, qürurla xatırladığım anların ən fərəhlisidir.
Ulu Öndər müxtəlif güclərin siyasi və iqtisadi maraqlarının toqquşduğu mürəkkəb coğrafiyada yalnız müstəqil dövlət yaratmadı, gələcək qələbələrin şahidinə çevriləcək müasir və özünüdərk etmiş yetkin bir xalq formalaşdırdı. O, hələ sovet qorxusunun hakim olduğu dövrdə üçrəngli müqəddəs bayrağı dövlət atributu kimi qəbul etdirdi. Naxçıvanda rəsmi status qazanmış bayrağımız az sonra yeni yaranmış dövlətin əbədi atributuna çevrildi. Xalqın yaddaşında Heydər Əliyev bayraq qədər doğma və müqəddəs statusa malik qurucu şəxsiyyətdir. Onun vətən tarixindəki yeri barədə mülahizə yürütmək elə vətənin özü barəsində danışmaq deməkdir. Gücünü xalqın birliyindən, həmrəyliyindən alan Heydər Əliyev ideyaları daim müasir və aktualdır.
"Mən İlham Əliyevə özüm qədər inanıram” deyən Ulu Öndər müasir Azərbaycanın memarı olmaqla yanaşı otuz ilə qədər davam etmiş işğala son qoyan müqəddəs zəfərimizin də müəllifidir. Ulu Öndərin inandığı siyasi Liderin Dəmir Yumruğu ətrafında birləşən xalq tarixi missiyasını yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız Şuşanın azad olunması haqqında müjdəni paylaşarkən "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” söyləməklə müstəqil Azərbaycan dövlətçiliyində varislik missiyasını şərəflə yerinə yetirdiyini bəyan etmiş oldu.
Heydər Əliyevin dolğun və möhtəşəm obrazının bir Azərbaycan övladının yaddaşında yer eləmiş təəssüratı yalnız bununla bitmir. Doğma vətənimiz tarixi qələbələrə doğru irəlilədikcə bütün uğurlarımızın bünövrəsində dayanmış Heydər Əliyev ideyaları da inkişaf edir, müasirləşir və hər bir azərbaycanlının qəlbində öz əzəmətli yerini daha da möhkəmləndirmiş olur. Bu baxımdan, əgər söhbət Heydər Əliyevdən gedirsə, biz heç vaxt keçmiş zamanda danışmırıq. İnsanın öz vətəni haqqında keçmiş zamanda danışmasını təsəvvür etmək belə mümkün deyil. Qədirbilən xalqımız və dövlətimiz var olduqca Heydər Əliyev bizimlə olacaq və yaddaşımızda öz əzəmətini qorumaqda davam edəcək”.
Xəbər lenti
-
11:30Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:22Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
20:13Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:55“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:12“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:59Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:34“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:01Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:56Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:18Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:41"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:55GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
13:56“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
12:29“Gənc Liderlər Proqramı 2” üçün ərizə qəbuluna start verilir
-
12:28“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:03200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
-
20:01Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayı - Video
-
19:58Deputat onlara OD YAĞDIRDI: “Ağ gün”ə çıxardıqlarınız ortadadır!
-
17:14MDU-nun rektoru Qırğız İqtisad Universitetinin fəxri professoru adına layiq görülüb
-
15:50“Həssas mövzularla manipulyasiya etməyin adı namərdlikdir, ləyaqətsizlikdir!”
-
15:19"Azərbaycan Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat verir"
-
14:59“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11:20TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ AZƏRBAYCAN GƏNCLƏRİ MARŞ ƏRSƏYƏ GƏTİRİB
-
12:32Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sülh platformasını təklif edir ŞƏRH
-
11:46YAP Yasamal rayon təşkilatında “Sağlam olaq – Donor olaq” adlı tədbir keçirilib
-
10:46“Erkən nigah və onun fəsadları” adlı layihə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilib
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
31 Oktyabr 2023
30 Oktyabr 2023
27 Oktyabr 2023
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Azərbaycan gənclər və könüllülər təşkilatlarının bəyanatı
-
MANŞET, SOSİAL
Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
MANŞET, SOSİAL
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
-
MANŞET, SOSİAL
Əgər söhbət Heydər Əliyevdən gedirsə...
-
MANŞET, SOSİAL
“Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib
-
MANŞET, SOSİAL
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib
-
MANŞET, SOSİAL
Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olundu - FOTO
-
MANŞET, SOSİAL
Əli Hüseynli: "İnam Kərimovun yüksək hüquqi təhsili, alim kimi elmi fəaliyyəti və dövlətçiliyə xidmətləri var"
-
MANŞET, SOSİAL
Prezident Laçına xüsusi nümayəndə təyin etdi