“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
18 Mart 2024, 12:56
18 Mart
2024
12:56
179
Mərkəzi Banklar həftəsi
Ötən həftə proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin dərcindən sonra dollar major valyutalar qarşısında bahalaşdı.
Cari həftə ərzində isə investorlar FED-in faiz dərəcələrini azaltmağa nə qədər yaxın olduğunu ölçməyə çalışdıqları üçün mərkəzi bankların qərarları fonunda hərəkətli həftə yaşanacaq. Yaponiya Mərkəzi Bankı aylarla davam edən gözləmələrdən sonra mənfi faiz dərəcələrindən çıxmağa hazırlaşır.
FED toplantısı
Keçən həftə ABŞ-da proqnozların üzərində açıqlanan istehsalçı və istehlakçı qiymətləri göstəriciləri investorların FED-in gələcək faiz dərəcələrinin azaldılması ilə bağlı ehtimallarının zəifləməsinə səbəb oldu. Nəticədə, dollar major valyutalar qarşısında bahalaşdı.
İndi bütün gözlər çərşənbə günü keçiriləcək FED toplantısında bankın faiz dərəcələrinin azaldılması, ABŞ iqtisadiyyatının dayanıqlılığı və inflyasiya artımı ehtimalı ilə bağlı fikirlərinə yönəlib.
Bu ayın əvvəlində FED sədri Cerom Pavel, rəsmilərin Federal Ehtiyat Sisteminin 2% hədəfinə doğru "inflyasiyanın davamlı şəkildə irəlilədiyinə dair inamlarının bir qədər artdığını" söylədi. Lakin monetar yumşalmaya getmədən əvvəl inflyasiyanın yavaşladığına dair daha çox sübuta ehtiyacları olduğunu qeyd etdi.
Ancaq analitiklərin böyük bir qismi hələ də FED-in ilin ikinci yarısından etibarən faiz endirimlərinə başlayacağına və il sonuna qədər 2 faiz endirimi reallaşdıracığnı iddia edirlər.
Bazar iştirakçılar həmçinin cari həftə ərzində Amerikada sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı kimi statistik rəqəmləri də yaxından izləyəcəklər.
Cari həftə ərzində İngiltərə, Türkiyə və İsveçrə mərkəzi banklarının faiz qərarları da investorların diqqət mərkəzində olacaq.
EUR
Ardıcıl 3-cü həftəlik artımdan sonra EURUSD məzənnəsi son həftəni enişlə tamamladı. Ötən həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet 1.0960 həddini test etdikdən sonra ucuzlaşdı və həftəlik şamını 1.0870 səviyyəsində bağladı.
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərinə qaytara və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
İngiltərə Mərkəzi Bankı (BoE), ehtimal ki, ABŞ və ya Avrozonadan daha güclü olan əmək haqqı artımı ilə bağlı məsələyə dair daha aydın bir mənzərənin formalaşmasını gözlədiyi üçün cümə axşamı günü keçiriləcək faiz iclasında daha çox zaman qazanmağa çalışacaq.
Bazarlar hazırda BoE-nin avqust ayında FED və Avropa Mərkəzi Bankından sonra 2008-ci ildən bəri ən yüksək səviyyə olan 5.25%-dən faiz dərəcələrini azaltmağa başlayacağını ehtimal edirlər.
İnvestorlar, BoE-nin faiz dərəcəsini "nəzərdən keçirmə" ritorikasında hər hansı bir fərqliliyin və fevral ayında fikir ayırılığı səbəbindən üçtirəliyin yaranmasından sonra səsvermə nisbətlərində hər hansı bir dəyişikliyin olub olmamasına diqqət yetirəcəklər. Çərşənbə günü açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri də son anda yenidən düşünməyə səbəb ola bilər.
JPY
Çərşənbə axşamı Yaponiya Mərkəzi Bankının (BOJ) toplantısı son illərin ən mühüm görüşlərindən biri ola bilər. Çünki rəsmilər səkkiz illik mənfi faiz dərəcələrinə son verib-verməməyə qərar verəcəklər.
Yaponiyanın "Nikkei” qəzeti şənbə günü yazıb ki, ölkənin ən böyük şirkətləri illik əmək haqqı danışıqlarında son 33 ilin ən böyük maaş artımı ilə bağlı həmkarlar ittifaqları ilə razılaşdıqdan sonra BoJ-un bu həftə mənfi faiz siyasətini dayandırması gözlənilir.
Xəbərdə, BOJ-nin cümə günü mənfi faiz siyasətini sona çatdırmaq üçün bank daxilində və xaricində koordinasiyaya başladığı ifadə edilib.
Mənfi dərəcələrin başa çatması ilə yanaşı, bazarın diqqəti BoJ-nin gələcəkdə faiz artımlarının sürəti ilə bağlı verə biləcəyi hər hansı bir ipucuna çevrilib.
NEFT
Noyabr ayından bəri qiyməti ilk dəfə bir barel üçün 85$-ı ötdükdən bir gün sonra, neft qiymətləri cümə günü bir qədər ucuzlaşdı. Lakin ABŞ-ın neft emalı zavodları planlaşdırılan əsaslı təftişləri tamamladığı üçün neft həftəni 3%-lik artımla tamamladı.
Cari həftədə enerji investorları FED-in çərşənbə günü keçiriləcək iclasını diqqətlə izləyəcəklər. Çünki faiz dərəcələrinin azaldılması ABŞ-da tələb artımı üçün bir fürsət kimi görünür.
Cümə axşamı Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə neft tələbinə dair proqnozlarını noyabr ayından bu yana dördüncü dəfə yüksəltməsinin ardından, Husi hücumlarının Qırmızı dənizdə daşınmalarnı dayandırması neft qiymətlərinin bahalaşmasına dəstək olur.
Qeyd edək ki, bu artım ABŞ dollarının səkkiz həftənin ən yüksək tempi ilə möhkəmlənməsinə baxmayaraq baş verib. Güclü dollar xam nefti digər valyutalardan istifadə edənlər üçün bahalaşdırır.
Analitiklərin ehtimal edirlər ki, "buğalar” qiyməti 86$-in üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 90$-a qədər davam edə bilər.
XAUUSD
Ötən həftə 2195$ həddini test etdikdən sonra, ucuzlaşmağa başlayan qızıl həftəlik şamını 2155$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Mərkəzi Bankların toplantıları fonunda qızıl qiymətlərində kəskin ralli yaşana bilər. "Buğalar” "sarı metal”-ın qiymətini 2150$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2185$, 2200$ və 2250$ hədlərinə kimi davam edə bilər.
Bitcoin
Bu il ABŞ-da istifadəyə verilən yeni spot "Bitcoin ETF”-lərinə investor tələbi və qlobal faiz dərəcələrinin aşağı salınacağın ehtimallarının təsiri ilə ötən həftə 73760$-ı test edən "Bitcoin” (BTC) Amerikada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin dərcindən sonra kəskin ucuzlaşdı və həftəlik şamını 65590$ həddində bağladı. Hazırda 68310$-dan ticarət olunan BTC-də 74000$ müqaviməti qırılarsa, artım dalğası bir qədər də güclənə bilər..
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!