“NEPTUN” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarından imtina etdi - FOTOLAR

“NEPTUN” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarından imtina etdi - FOTOLAR

Bu barədə 7NEWS.az saytının sorğusunu cavablandırarkən supermarket şəbəkəsindən məlumat verilib.

Məlumatda deyilir ki, "NEPTUN” supermarket şəbəkəsi qondarma rejimi açıq dəstəkləyən "Johnson Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb. Sözügedən şirkət sosial şəbəkələr üzərindən qondarma rejimi dəstəkləyəndən sonra, "NEPTUN” supermarket şəbəkəsinin rəhbərliyi dərhal adekvat addım atmağa qərar verib.

Qeyd edilir, ki bu addım "Johnson Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

"Johnson Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.







Xəbər lenti