Qənirə Paşayeva: "Prezident İlham Əliyev üçün insanların sağlamlığı həmişə birinci yerdə olub”
11 İyun 2020, 22:37
11 İyun
2020
22:37
1360
"Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizin, tibb personalının gücünə güc qatır, xəstələrə qüvvətli inam aşılayır”.
Bunu APA-ya açıqlamasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, həm yeni səhiyyə ocaqlarının açılışı, həm də ali dövlət rəhbərliyinin açılışlarda iştirakı, cənab Prezidentin açılış mərasimindəki təsirli nitqi ölkəmizdə koronovirusla bağlı psixoloji durumun gərginlikdən daha da uzaq tutulması baxımından da çox faydalıdır: "Dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin tibbi maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi fərqləndirməli olduğumuz məqamlar sırasındadır. Bilgəh, Sumqayıt və Sarayda açılışı olan yeni modul tipli xəstəxana kompleksləri, açılışda dövlətin ali rəhbərliyinin iştirakı və orada dövlət başçısı tərəfindən verilən mühüm ismarıclar dövlət-xalq birliyinin, vətəndaş məsuliyyətinin dəyərini bir daha çox aydın şəkildə göstərdi. Biz pandemiya elan olunan gündən Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının atdığı addımları bir cümləyə sığdırmalı olsaydıq, deməliyik ki, İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub”.
Q. Paşayeva xatırladıb ki, karantin yumşalmaları tətbiq olunduqca, yoluxma sayının kəskin artması müşahidə edilir: "Digər yandan ölkənin iqtisadi sistemini və vətəndaşları isti yay günlərində uzun müddət eyni sərt karantin rejimində saxlamağın çətin olduğu da hamımıza aydındır. Lakin o da aydındır ki, iqtisadi blokda itkilərin dövlət tərəfindən qarşılanması, gəlir gəlməli subyektlərdən xərclər gəldiyi bir ortamda, dövlət məhz vətəndaşın sağlamlığını birinci yerə qoyub. Və bizlərin adi bir diqqətsizliyi, hətta bir nəfərin məsuliyyətsizliyi belə ümumxalq, ümumölkə miqyasında problemlər yarada bilər. Ona görə də xalqımızın dövlət tədbirlərinə anlayışlı yanaşması qədirşünaslıqla qeyd edilməlidir, ayrıca, bu anlayışın özü bir qədirşünaslıq hadisəsidir”.
Komitə sədri bildirib ki, dövlətin qabaqlayıcı tədbirləri ölkəni hazırkı durumdan daha çətin durumlara hazır vəziyyətə gətirməkdədir: "3 yeni modul xəstəxanadan öncə paytaxtda başqa bir kompleks də açılmışdı, daha 6 kompleksin isə bölgələrimizdə quraşdırılacağı rəsmi şəkildə bildirilib. Qabaqlayıcı tədbirlərdən söz açan cənab Prezident bu məqsədlə yeni laboratoriyalar alındığını, hazırda 20-dən çox belə laboratoriyaya malik olduğumuzu dedi. Xüsusi qeyd etməliyik ki, respublikamız bütün dünya miqyasında nadir ölkələrdəndir ki, "COVİD-19”-a yoluxduğu təsbit edilən bütün xəstələr tibb müəssisələrində müalicə alır. Bunu sözlə ifadə etmək asandır, lakin infrastrukturu, avadanlıqları, tibb personalını, peşəkar həkimləri, zəruri dərmanları göz önündə canlandırdıqda, nə qədər çərin bir işin öhdəsindən gəlməkdə olduğumuzu görürük. Amma dünya praktikası bu planda tamam başqa gerçəkliklərdən xəbər verir. Bu yerdə deməliyik ki Azərbaycan, "COVİD-19”-a qarşı mübarizə tədbirlərində, sadəcə, aid olduğumuz bölgədə deyil, ümumən dünyada fərqlənən-inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı olduğunu nümayiş etdirən ölkədir”.
Q. Paşayeva xatırladıb ki, Prezident Azərbaycan cəmiyyətinin pandemiyaya qarşı mübarizədə dövlətin müəyyənləşdirdiyi zəruri qayda-qanunlara əməl etdiyini bir daha vurğulayıb: "Koronovirusda "iki”dən sonra "üç” gəlmir. Əgər bir məsuliyyətsiz vətəndaş "COVİD-19” daşıyıcısı olduğu halda, qayda-qanunlara tabe olmur, sosial məsafəni qorumursa, onun ilk təmasda olduğu insandan sonra bu qorxunc yoluxma silsiləsi işə düşmüş olur: 2, 4, 8, 16, 32, 64, 128, 256, 512, 1024, 2048. Bir məsuliyyətsiz hərəkətin doğura biləcəyi müdhiş qorxunun miqyasını aydın göstərə bilir və əlavə şərhə ehtiyac qalmır”.
Xəbər lenti
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar