Səbuhi Abbasov: “Yeni mövsümdə ASGA-nın Slavyan ölkələrində nümayəndəlikləri yaradılacaq”
Bu il 12 yaşın qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası fəaliyyət planına uyğun olaraq yeni mövsümdə mühüm layihələr reallaşdıracaq.
Bu barədə saytımıza ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "2018-ci il ötən illərə nisbətən daha məhsuldar oldu. Biz ölkəmizdə baş verən mühüm ictimai-siyasi, mədəni-kütləvi proseslərdə ASGA olaraq fəallıq nümayiş etdirdik. Biz həm Gənclər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə bir sıra layihələri reallaşdıra bildik. Bundan başqa təşkilatımız bu il Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvlüyünə seçildi. Bu da bizimçün çox böyük məsuliyyət və stimuldur. Bu ilin sonuna qədər Polşada ATƏT-in tədbirində, eyni zamanda, Türkiyədə, Rusiyada, Ukraynada və Macarıstanda müxtəlif tədbirlərdə təşkilatçı və iştirakçı qismində iştirak edəcəyik. Yeni mövsümün ən mühüm işlərindən biri ASGA-nın Slavyan ölkələrində yeni nümayəndəliklərinin yaradılması və təsdiqlənməsi prosesi olacaqdır. Bu olduqca ağır, eyni zamanda, əhəmiyyətli prosesdir. Köhnə nümayəndələr bu illər ərzində kifayət qədər əmək sərf etdilər, uğurlar qazandılar. Artıq onların bir çoxları şəxsi işlərini qura biliblər. Bizə isə gənc, enerjili təmsilçilər lazımdır. Bizim təşkilatın ən mühüm missiyalarından biri də lobbiçiliyin inkişafına tövhə verməkdir. Bu mənada biz ilk olaraq Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Çexiyada nümayəndəlikləri yeniliyəcək, digər Slavyan ölkələrində isə yeni nümayəndəliklər yaradacağıq. Bu barədə təşkilatın rəsmi saytında elan və namizədlərin seçimi ilə bağlı məlumat veriləcəkdir. Bu istiqamətdə də ilin sonuna qədər mühüm layihələr reallaşdıracağıq. Bundan başqa Azərbaycan-Slavyan Gənclərinin I Formununun da bu il reallaşması nəzərdə tutulub. Bütövlükdə işlərimiz çoxdur, maraqlıdır. Biz, həmçinin, ASGA olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinə mühüm layihə təklifləri ilə müraciət edəcəyik.”
Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu il təşkilatın 12 yaşı tamam olub. Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 10 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb. Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir. Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu (üzvdür), Gənclər Təşkilatları Milli Şurası (üzvdür) ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.
Təşkilatın rəsmi veb səhifəsi www.ASGA.az
Xəbər lenti
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
Digər xəbərlər
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar