“Tək millət, tək ürək” Platformasının 100 günlük hesabatı təqdim olunub
15 Mart 2021, 17:13
15 Mart
2021
17:13
919
Martın 15-də Bakıda Azərbaycan və Türkiyə qardaşlığının mükəmməl bir nümunəsi olan "Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platformasının fəaliyyətə başlamasının 100-cü günü ilə əlaqədar hesabat xarakterli mətbuat konfransı keçirilib.
Tədbirdə aksiyanın təşəbbüskarı, Milli Məclisin deputatı Ramil Həsən, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və platformanın fəaliyyətində rolu olan tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak ediblər.
R.Həsən çıxışında diqqətə çatdırıb ki, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmağımızdan öncə də, sonra da qardaş Türkiyə Qarabağ mövzusunda bütün imkanları ilə Azərbaycan xalqının, dövlətinin yanında olub. Tarix boyu Azərbaycan və Türkiyə qardaş dövlətlər kimi eyni millətin övladları olaraq bir-birlərinə sahib çıxıb, dəstək olublar: "Əminik ki, bu qardaşlıq, birlik və bərabərlik bundan sonra da həyatımızın bütün sahələrində daha güclü formada davam edəcək. Məhz bu minvalla Prezident İlham Əliyevin şəhid və qazi ailələrinə dəstəyin göstərilməsi ilə bağlı etmiş olduğu çağırışa qoşularaq qardaş Türkiyə və Azərbaycanı bu istiqamətdə də bir araya gətirə biləcək xeyirxah, xoşməramlı, tarixi bir aksiyaya başlanılıb. "Tək millət, tək ürək" şüarı ilə şəhid və qazi ailələrinə dəstək xarakterli, bir çox sahələri özündə birləşdirən irimiqyaslı humanitar qardaşlıq aksiyası 3 aydan artıqdır ki, davam etməkdədir”.
Aksiyanın uğurla həyata keçirilməsi üçün ilk gündən layihəyə sahib çıxan və dəstək verən Türkiyə dövlətinə və onun müvafiq qurumlarına, o cümlədən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özorala, TÜİB sədri H.Büyükfırata, proseslər içində əməyi keçən bütün şirkətlərə, dövlət, eyni zamanda, özəl qurumlara və onların rəhbərlərinə təşəkkür edən deputat bildirib ki, "Tək millət, tək ürək” Beynəlxalq Humanitar Qardaşlıq Platforması artıq Azərbaycanda tanınan sosial layihə kimi bütün istiqamətlərdə şəhid və qazi ailələrinə Qardaş Türkiyənin hərtərəfli yardımını həyata keçirən birləşdirici platforma olaraq işini uğurla görməkdədir. Belə ki, dekabr ayında fəaliyyətə başlayan bu aksiya çərçivəsində artıq bu günə qədər 31 rayonda, ümumi 2 minə yaxın şəhid və qazi ailəsi ayrı-ayrılıqda ziyarət edilib, qardaşlıq payları çatdırılıb, ağır dönəmdə onlara mənəvi dəstək verilib.
Türkiyə və Azərbaycanın qardaşlıq, dostluq təzahürü olaraq ortaya çıxan bu beynəlxalq platformanın respublikamızın bütün rayonlarını əhatə etdiyini bildirən R.Həsən əlavə edib: "Həmçinin bu layihənin digər bir tərkib hissəsi olan şəhid və qazi ailələrinin övladlarının Sivas Dövlət Universitetində təqaüdlə təhsil almaları istiqamətdə də konkret addımlar atılaraq, orada təhsil alacaq tələbələr müəyyən edilib. Əminik ki, Türkiyə Maarif Vakfının, TİKA və Yurd Dışı Türk Akraba Topluqları Başkanlığının, o cümlədən Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Tək millət, tək ürək” Platforması çərçivəsində bundan sonra da təhsil və bu tip digər yardım kampaniyalarına köməklik göstəriləcək.
Şəhid və qazi ailələrinin övladlarının Türkiyənin Sivas Dövlət Universitetində təqaüdlə təhsil almaları üçün bundan sonra da fəaliyyətin davam edəcəyini bildirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, gələn il üçün 200 tələbənin təqaüdlə təhsil almasına köməklik göstəriləcəyini vurğulayıb. O, 44 günlük tarixi II Qarabağ müharibəsində Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərin ailələrinə, yaralılara, qazilərə və onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan aksiya çərçivəsində, onların təhsil, sosial və maddi-mənəvi problemlərinin həlli istiqamətində qardaşlığın bir təcəssümü kimi bundan sonra da uğurlu iş aparılacağına əminlik ifadə edib.
Sonda "Tək millət, tək ürək” Platformasının hesabat dövrü ərzində Bakı şəhəri və respublikanın bütün regionlarında bu layihənin həyata keçirilməsində könüllü olaraq aktiv iştirak edənlərə təşəkkürnamələr verilib.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SOSİAL
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"