Utancverici medal davası... Səbriniz yoxdu, bəs səviyyəniz?
02 Yanvar 2021, 11:20
02 Yanvar
2021
11:20
1036
Diaspor Komitəsi həmrəylik günü ilə bağlı xaricdə yaşayan azərbaycanlılara medal və təşəkkürnamə verib. Siyahıya baxırsan, orda nə qədər vətən sevdalısını, nə qədər böyük imzaları, ömrünü diaspor işinə sərf eliyən insanları görürsən. Nə gözəl deyərdim, amma. Məsələnin amması "xırda” mətbuatdan və sosial şəbəkələrdən o qədər aydın görünür ki. Mənzərə həqiqətən də utancvericidir. Xaricdə yaşayan bəzi soydaşlarımız "mənə və ya kiməsə niyə medal verilməyib”, "mən medal istəyirəm, təşəkkür deyil” deyə "müharibə”yə başlayıblar.
Fuad Muradov Diaspor Komitəsinə sədr təyin olunandan sonra Azərbaycan diasporunun ayrı bir obrazı ilə tanış olduq. Ermənilər Azərbaycanda bircə nəfərin burnunu qanadanda dünya azərbaycanlıları ən böyük dövlətlərdə, ən iri şəhərlərdə küçələrə axışdı, ermənilərlə kəllə-kəlləyə gəldi, hayqırdı, beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Başımızı dik tutub, diasporumuz güclü imiş, hətta var imiş dedik, tanış olmayan mənzərələrdən qürurlandıq, bayrağımız Amerikanın, Avropanın küçələrində dalğalandıqca, göz yaşlarımıza hakim ola bilmədik. Diasporun Azərbaycanın, Ali Baş Komandanın, ordumuzun baş əsgərinə çevrilən sərkərdəmizin yanında olduğunu gördük. 44 günlük Qarabağ müharibəsi başlayanda xaricdə də böyük bir gücümüzün olduğunu gördük, o qədər təsirli tədbirlər, aksiyalar oldu ki, ürəyimiz dağa döndü. Biz birlikdə güclü olduğumuzu sübut etdik. Buna sözüm yox. Bu gün, əsas da sosial şəbəkələrə baxıb suallar qarşısında qalırsan, bu o diaspordurmu, bu nəyin davasıdır? Biz sizi böyük savaşımızda ordumuzun xaricdəki əsgərləri hesab edirik, hanı sizin "əsgərliyiniz”, hanı sizin təmənnasız savaşçılığınız, hanı sizin könül işiniz? Azərbaycana, can Azərbaycana sevginiz medal qədər, medala qədər imişmi? "Mənə olunan təşəkkürü istəmirəm, mənə medal verin” deyən qadınlar, müharibədə əli, qolu kəsilən hansısa əsgərin anasının medal davasını gördünüzmü? Oğlu itkin düşən hansısa valideynin bala davasını gördünüzmü? Qazilərimizin təşəkkür davasını gördünüzmü? Bu prosesdə ən utancverici məqam həm də bəzi "jurnalistlərimizlə” bağlı oldu. Yerli jurnalistlərin 3-5 diaspor "nümayəndəsinə” qoşulub medal davası çəkməsi, Komitənin işinə kölgə salmaq istəmələri yalnız gülüş doğurur, acı gülüş. Dövlətin onlara bağışladığı rahat və bahalı mənzillərdə oturub, diaspor haqqında iki məqalə yazan cızmaqaraçı "jurnalistlər”in, QHT Şurasından qrant alıb kitab yazanların medal davası, onların səviyyəsizliyin, mənəviyyatsızlığın zirvəsində oturduqlarını nümayiş etdirir. Yazı yazmaq, kitab yazmaq diaspor fəaliyyəti deyil axı. Medalın verilmə şərtlərinə baxın, görün onun içində varsınızmı? Təbii ki, kimin nəyə qadir olduğunu, kimin nəyə layiq olduğunu işin içində olanlar daha yaxşı bilir. "Medalı kim almalıdır” sualının cavabını cızmaqaraçılar verə bilməz. Xaricdə elə təşkilatlar, elə şəxslər var ki, onların xidmətini yəqin ki, Komitədən başqa kimsə bilmir, bilməyəcək də. Üstəlik də, ilk dəfə verilən medal eyni anda neçə milyon insana verilməliydi ki? Qarşıda çox bayramlar, çox illər var axı. Səviyyəniz yoxmuş, bəs səbriniz necə, o da yoxmuş? Məncə ən dəhşətlisi gözdən düşməkdir. Utancverici davanızla gözümüzdən düşdünüz, həm də birdəfəlik.../Bakı-Xəbər
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
SOSİAL
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SOSİAL
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO