Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ

Fevralın 26-da Şəhər İcra Hakimiyyəti və YAP Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilmişdir.
Konfrans başlanmazdan əvvəl şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, partiya fəalları və xocalı nümayəndələri karantin rejiminin tələblərinə əməl etməklə Şəhidlər Xiyabanındakı Soyqırım abidəsi önünə gül dəstələri qoydular.
Sonra Şəhər İcra Hakimiyyətində tədbir öz işini davam etdirdi. Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq qeyd etgdi ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 29 il keçir. Mən xalqımıza bu faciəyə görə başsağlığı verirəm və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm.
Allah rəhmət eləsin.
Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli iş görülmüşdür. Heydər Əliyev Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması üçün əməli tədbirlər həyata keçirmişdir. Ümummilli Lider müdrikcəsinə demişdir: «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.» Bizə aydındır ki, ölkəmizin ağır günlərində Ulu Öndər Heydər Əliyev Respublika rəhbərliyində olsa idi, nəinki Xocalı faciəsinin, eləcə də bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın iyirmi faizinin itirilməsi, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də qarşısı alınmış olardı.
Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral "Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir. Xocalıdan olan bacı və qardaşlarımızdan 93 ailə 365 nəfəri köçkünlük həyatını Mingəçevir şəhərində keçirir. Biz çalışırıq ki, imkan dairəsində onları hər cür qayğı və diqqətlə əhatə edək.
Bu günkü tədbirimizdə Xocalı soyqırımı haqqında öz fikirlərini bildirmək istəyən məruzəçilərimiz vardır. Mən onlara söz vermək istəyirəm.
Tədbirdə Mingəçevir Dövlət Universiteti tarix müəllimi Tahirə Quliyeva, YAP Şəhər Təşkilatının sədri Cavanşir Yusubov, Gənclər evindən Aytac Abdullayeva, "Qarabağ Müharibəsi əlilləri, Veteranları, Şəhid ailələri İB şəhər şöbəsinin sədri Nizami Təhməzov çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşdülər, istək və arzularını dilə gətirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tədbirin işinə yekun vuraraq bildirdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər həyata keçirilir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət” kompaniyası dünyanın 50-dən çox ölkəsində uğurla həyata keçirilir.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu günlər uzaqda deyil.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.
Xəbər lenti
-
18:06Şuşada Mamayı bulağının üzərində işğaldan sonra həkk olunan erməni yazıları silinib - FOTO/VİDEO
-
14:11İlham Əliyevdən Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı SƏRƏNCAM
-
14:03Ramazan Ayında “NEPTUN”dan müjdə: KLASSİK BONUS KART, XÜSUSİ KAMPANİYALAR
-
10:47Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat tapıldı
-
20:43Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub
-
20:39Mingəçevirdə Ağsaqqallar şurasının konfransı keçirildi - FOTOLAR
-
17:35“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
-
16:12İlham Əliyev və Mehriban Əliyeva Pirşağı qəsəbəsində - YENİLƏNİB + FOTO
-
14:46Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi
-
14:36Medianın İnkişafı Agentliyinə mətbuat katibi təyin olunub
-
13:07Daha bir hərbçimiz şəhid oldu - FOTO
-
12:37“YAŞAT” Fondu ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Hümanitar Qardaşlıq Patforması arasında Niyyət Protokolu imzalanıb
-
11:57Gənc nəsil tarixi həqiqətləri bilməlidir
-
11:09Azay Quliyev seçicilərlə görüş keçirib
-
11:33Akademik Zərifə Əliyevanın anım günüdür
-
22:26Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
-
19:27Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH
-
16:53Vüqar Rəhimzadə: Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır
-
13:13Aleksandr Lukaşenko İlham Əliyevə təşəkkür etdi
-
12:52Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb - FOTO
-
20:33Şuşada bərpa işləri davam edir - FOTOREPORTAJ
-
17:13“Büdcə təşkilatlarının maliyyə əməliyyatları vahid sistemdə işlənsin”
-
17:07Milli birliyimiz yeni zəfərlər yaradır
-
13:01Prezident: “Erməni ordusu məhv edilib, o mövcud deyil”
-
12:00Prezident “İskəndər” raketinin niyə gec tapıldığının səbəbini açıqladı
-
11:30İlham Əliyev Azərbaycan üzərindən Ermənistana qazın nəql edilməsindən DANIŞDI
-
11:11İlham Əliyev: “Ermənistanda Azərbaycanın davranışını dəyərləndirə bilmirlər”
-
10:58Prezident: “Ermənistanın atdığı addımlar sülhə yönəlməmişdi”
-
10:18Prezident İlham Əliyev ADA Universitetində təşkil olunan konfransda çıxış edir - CANLI YAYIM
-
17:43İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”
-
16:28İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”
-
16:12Prezident Hərbi Qənimətlər Parkının açılışında - CANLI EFİR
-
12:51İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında
-
11:50Mingəçevir şəhərində Koronovirusla mübarizə gündəlik olaraq gücləndirilmiş şəkildə davam etdirilir
-
10:31Qaqarin şəhərinə və “Ulduz şəhərciyi”nə səfərlərim - FOTO
-
10:25“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:25Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin Ağdama səfəri başlayıb
-
11:26"Ağıllı arılar" Azərbaycanda böyük bir layihəni necə yaratdılar - MÜSAHİBƏ
-
17:12Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
-
10:55Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib - FOTO
Digər xəbərlər
-
MANŞET, FACİƏ
Mart qırğını - Ermənilərin şəriklərinin vəhşi planı
-
FACİƏ
Şamaxıda Heydər Əliyev Mərkəzində “Xocalı harayı” adlı tədbir keçirilib
-
FACİƏ
Xocalı soyqırımına həsr olunmuş video konfrans keçirilib - MİNGƏÇEVİRDƏ
-
GÜNDƏM, FACİƏ
Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”
-
FACİƏ, SOSİAL
Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi – VİDEO
-
FACİƏ, SOSİAL
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri
-
GÜNDƏM, FACİƏ
Ömrünün 12 ilini hərb sənətinə həsr edən şəhid gizirimizin həyat yolu - VİDEO
-
FACİƏ
Laçın rayonundan olan, ölkə Prezidenti tərəfindən 5 medalla təltif edilən 22 yaşlı şəhid Etibar Nəcəfov
-
FACİƏ
Ermənilərdən Azərbaycan əsgərlərinə qarşı İYRƏNC HİYLƏ - Bu dəfə GÖRÜN NƏ ETDİLƏR