“5 il sonra ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Ordusu haqqında danışacağıq“ – Polkovnik
09 Sentyabr 2020, 12:18
09 Sentyabr
2020
12:18
1108
"Döyüş hazırlığımızın hansı səviyyədə olması göz qabağındadır”.
Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
Hərbi ekspertin sözlərinə görə, bundan sonra da ordumuz ən müasir silahlarla təmin olunacaq:
"İdmançı da özünü yoxlamaq üçün illərlə məşq edə bilər. Lakin yarışlar onun peşəkarlığını, nəyə qadir olduğunu göstərir. Keçən il "Tank biatlonu”nda Azərbaycan tankçıları finala çıxdılar. "Dəniz kuboku – 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası oldu. Xüsusi təyinatlılarımız Türkiyədə 28 dövlətin iştirak etdiyi yarışda birinciliyi qazandı. Biz nəticələrə əsasən, sonrakı davamiyyət üçün proqramlar qururuq. Ali Baş Komandan öz ordusuna xüsusi diqqət göstərir. Prezident İlham Əliyev ordunu ən müasir silah-sursatla təmin edib. Bunu paradda da, təlimlərdə də görürük. Bu proses davam edir. Bu da Azərbaycan Ordusunun döyüş hazırlığının hansı səviyyədə olmağını göstərir. Texniki təchizatla yanaşı, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyəti də yüksəkdir. Desəm ki, şəxsi heyət arasında ruh yüksəkliyi var, bu, sadəcə söz kimi qəbul oluna bilər. Ona görə də siz Aprel döyüşlərini xatırlayın; bir nəfər də olsa, fərari yox idi. Döyüşlərdə əsgərlər dayanmaq istəmirdilər. Bu gün əsgərlərə yaxınlaşıb nə demək istədiyini soruşanda anasına, atasına salam demir, öncə deyir ki, biz Ali Baş Komandandan əmr gözləyirik, torpaqlarımızı azad etməyə hazırıq. Bunları heç kim öyrətmir, bu, onların içində Dağlıq Qarabağa, işğal olunmuş ərazilərə görə, düşmənə olan üsyandır”.
Ehtiyatda olan polkovnik bildirib ki, bu gün əsgər müasir silahı görəndə orduda belə silah olduğuna görə ruhlanır:
"Bəlkə də nə vaxtsa münaqişənin sülh yolu ilə həllini düşünürdüm, lakin gedən proseslər onu göstərdi ki, Azərbaycan üçün başqa seçim yoxdur. Düşünürəm ki, gec-tez Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməli olacaq. Ordumuzun 80%-i müddətdən artıq xidmət edən hərbi qulluqçulardan ibarətdir. 5 il sonra ərazi bütövlüyünü bərpa etmiş ordu haqqında danışacağıq”.
"Bu gün ordunu gözdən salmaq üçün dezinformasiyalar yayırlar. Sevindirici hal odur ki, belə böhtan xarakterli xəbərlərə artıq cəmiyyət özü cavab verir. Mən istərdim ki, hər şeyi yaxşı bilən cəmiyyət hansısa ünsürlərin ordunu gözdən salan addımlar atmasına imkan verməsin. Onları ayıq-sayıq olmağa, belə məsələlərlə mübarizə aparmağa çağırıram” – deyə, ehtiyatda olan polkovnik bildirib.
Xəbər lenti
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH