“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

28 Dekabr 2022, 18:02
28 Dekabr
2022
18:02
60
7NEWS.az xəbər verir ki, dekabrın 27-də İçərişəhərdə yerləşən "Ədibin Evi”ndə "6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar. Münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:
"Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”
(Ümid Bilalov)
"Tarix içində şəhər, şəhər içində tarix.”
(Elgiz Mahmudov)
"Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”
(Laçın Cavadov)
"- Qədeş, məhəllədən köçən kimdir?
- Qırçı Cabbar.”
(Mehman Mehmanzadə)
"Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”
(Vahid Əsgərov)
"İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”
(Xatirə Kərimova)
"Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.” (Rəşad Şükürov)
"Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”
(Rəşad Cəfərov)
"İçərişəhər kimiyəm: meqapolis Bakıda özümə qapanmışam.”
(Fərid Rəsulov)
"Mən yaşlandım, sən dəyişmədin, Qız Qalası.”
(Nərgiz İbrahimova)
Qaliblərin hər biri müsabiqənin təşkilatçıları "Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 100 azn pul mükafatı ilə təltif ediliblər.
Mükafatlandırma mərasimində çıxış edən münsiflər heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki müsabiqə öz məqsədinə çatıb, təqdim olunan işlərdə lakonizm, obrazlı düşünmək bacarığı, qədim Bakıya bağlılıq və sevgi mövcud idi. Bununla yanaşı müasir kommunikasiya üslublarının yaratdığı gerçəklikdə, qısa məzmunla daha çox fikir çatdırmaq bacarığının asan olmadığı da görünürdü.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə öz çıxışında "6 Sözlük Əhvalat” müsabiqəsinin şərtlərində hekayələrin mövzusunun İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli olduğununun heç də təsadüfi olmadığını, hekayələr dolu İçərişəhər hər daşında bir tarix yaşadığını vurğulayıb.
Daha sonra "Ədibin Evi”nin Himayəçilik Şurasının üzvləri Ədibə Paşayeva vəTəhsin Mütəllimov qaliblərə mükafatları təqdim edib.
"Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə - Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, "Ədibin Evi" Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən "Bir gəncin manifesti", "Dirilən adam" romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.



Xəbər lenti
-
15:50Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:51Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:48“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:19DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
12:31"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
11:39Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
19:49Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:11Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:30İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:08Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:55“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:15Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:57Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:34Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:41“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:33“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
16:59Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
29 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
GÜNDƏM, SOSİAL
Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
GÜNDƏM, SOSİAL
52 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
SOSİAL
Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
SOSİAL
DTX-dən xəbərdarlıq!
-
SOSİAL
Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
SOSİAL
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
SOSİAL
Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib