Azərbaycan vəkilliyi nüfuzlu beynəlxalq hüquq tribunasına çıxış əldə edib
19 May 2022, 09:08
19 May
2022
09:08
531
"Mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasının yekunları ölkəmizin hüquq ictimaiyyəti üçün xoş müjdə ilə yadda qaldı. Belə ki, 4 il ərzində davam edən əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarının və 1 milyondan çox vəkilin birləşdiyi nüfuzlu təşkilat olan CCBE-yə üzv qəbul olunub".
Bu sözləri Modern.az-a deputat Əli Hüseynli deyib. O bildirib ki, təşkilatın əsas məqsədinin vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsi olduğunu nəzərə alsaq, bu hadisə artıq Avropa səviyyəsində müstəqil peşə birliyi kimi rəsmən tanınan Vəkillər Kollegiyasının beynəlxalq miqyasda əldə etdiyi çox böyük nailiyyətdir:
"Təbii ki, bu uğura aparan yol Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində atılan ciddi addımlar və mütərəqqi təcrübəyə söykənən səmərəli fəaliyyətlə müşaiyət olunur.
Ötən dövr ərzində "CCBE” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsasnamə CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinə uyğunlaşdırılıb, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunub. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinin presedent praktikası, habelə deontolgiya mövzularında keçirilən təlimlər Azərbaycan vəkillərinin peşə hazırlığının yüksəlməsinə mühüm töhfə verib".
Əli Hüseynlinin fikrincə, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük vəkillərimizin digər Avropa ölkələri ilə birgə layihələrin təşkili sayəsində müasir təcrübədən bəhrələnmək, peşə hazırlığının artırılması, onların fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir:
"Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin mütərəqqi metodların tətbiqi ilə daha da təkmilləşdirilməsinə təsir göstərən mühüm amildir.
Böyük siyasi əhəmiyyət kəsb edən bu nailiyyət həm də Azərbaycan vəkilləri üçün artıq beynəlxalq tribuna vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini digər beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır.
İkili standartların hələ də mövcud olduğu bir şəraitdə Azərbaycan Vəkillər Kollegiyasının Avropanın nüfuzlu CCBE təşkilatına böyük səs çoxluğu ilə üzv seçilməsi həm də ölkəmizin bugünkü reallıqlarının etirafı və son illər demokratiyanın, insan hüquqlarının daha vüsətlə inkişaf etdiyi Azərbaycanın hüquq institutlarının fəaliyyətinə verilən yüksək qiymətdir".
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)