Azərbaycanın sülhsevər siyasəti və Qarabağın bərpası ilə bağlı təşəbbüslər beynəlxalq güclər tərəfindən təqdir olunur
07 İyul 2021, 18:00
07 İyul
2021
18:00
740
Əli Hüseynli,
Milli Məclisin deputatı
Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar fonunda sülh və sabitliyin daha etibarlı qarantına çevrilən Azərbaycan məhz Prezident İlham Əliyevin diplomatik məharətlə yönəltdiyi siyasi kursla davamlı şəkildə uğurlar qazanmaqdadır.
Təbiidir ki, yeni geosiyasi şəraitdən irəli gələn vəzifələrin həyata keçirilməsinə, xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpasi və inkişafı ilə bağlı vacib məsələlərin səmərəli həllinə mane olan bir sira problemlər mövcuddur. Bunların içində ən əhəmiyyətlisi ərazilərin minalarardan təmizlənməsidir. Çünki ərazi təmizlənməyincə növbəti layihələri həyata keçirmək mümkün deyil. "Landmine Monitor Report”-un nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər və bu, o deməkdir ki, minaların koordinatlarını göstərən xəritələr olmasa, bu ərazilərin təmizlənməsi prosesi on illərlə uzana bilər.
Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Ermənistan hökuməti Ağdam rayonundakı və bunun ardınca iyulun 3-də Füzuli və Zəngilan rayonlarında işğal dövründə minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Həmin xəritədələrdə üst-üstə 190 minə yaxın piyada və tank əleyhinə minaların basdırıldığı koordinatlar qeyd olunub.
Mübaliğəsizdir ki, bu xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərimizdə tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək, o torpaqlarda daha çevik, daha tez şərait qurmağa imkan yaradacaq. Belə ki, bölgədə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan strateji əhəmiyyətli infrastruktur layihələri Ağdam və Füzulu rayonlarının ərazisindədir. Ən önəmlisi isə Zəngəzur dəhlizi layihəsinin tez bir zamanda gerçəkləşməsi üçün bu rayonlardakı bərpa, yenidənqurma işlərinin sürətlə reallaşdırılmasına ehtiyac var və bu, bölgənin gələcəyi üçün də həyati əhəmiyyətə malikdir. Bu baxımdan mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.
Ağdam, Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin təqdim edilməsi, həmçinin digər bir reallığı da ortaya çıxarıb. Belə ki, erməni tərəfi ilk olaraq onlarda mina xəritəsinin olmadığını bildirirdilər və məsələnin yubadılması nəticəsində bu günədək işğaldan azad olunan torpaqlarımızda onlarca insan həlak olub. Lakin haqqında söz açdığımız son hadisələr Ermənistan hakimiyyətinin saxtakarlığını, onun faşist mahiyyətini bir daha açıb göstərmiş oldu və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur.
Xəritələrin mülki insanların mina terrorundan əziyyət çəkməsi baxımından da müstəsnalığı var. İkinci Qarabağ müharibəsindən ötən cəmi 8 ay ərzində işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 20-dən çox mülki şəxsin, o cümlədən, iki media nümayəndəsinin həlak olması, 90 nəfərədək Azərbaycan vətəndaşının ağır yaralanması mina xəritələrinin əldə edilməsinin insan həyatının dəyəri baxımından nə qədər önəmli əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Ona görə də ilk olaraq məhz bunun müqabilində ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycan ərazisinə keçərək sərhədlərimizi pozduğuna görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir necə maddəsi ilə həbs edilmiş ümumilikdə 30 nəfərin Ermənistan tərəfə təhvil verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı olaraq uğurlu əvəzləmə kimi tam anlaşıqlıqla qarşılanır və diplomatik gediş kimi təqdir olunur. Bu baxımdan erməni təxribatçılarının guya beynəlxalq təzyiqlər nəticəsində ölkələrinə təhvil verilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bəzi bədxah dairələrin Azərbaycanın diplomatik uğurlarına kölgə salmaq cəhdindən başqa bir şey deyil.
Məsələ beynəlxalq kontekstə də vacib məqamlarla səciyyəvidir. 3 istiqamətdə mina xəritələrinin əldə edilməsi ABŞ və Rusiya kimi beynəlxalq güçlərin təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilməsi çox ciddi və diqqətçəkən faktdır. Prosesə qardaş Türkiyə böyük dəstək verməkdə davam edir. Qonşu Gürcüstan da bu sahədə vasitəçilik niyyətlərini reallaşdırmaqdadır. Bu, o deməkdir ki, Ermənistan istisna olmaqla digər ölkələr bölgənin hərtərəfli inkişafı ilə bağlı real pozitiv perspektivlərin reallaşmasında maraqlıdırlar və bu istiqamətdə Azərbaycanın sülh təşəbbüslərini səmimiyyətlə dəstəkləyirlər.
Ona görə də ölkə ictimaiyyətində belə bir əminlik formalaşmaqdadır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanıımız cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə müəyyən edilmiş hədəflərə doğru gedən bütün proseslərin beynəlxalq səviyyədə davamlılığı təmin olunmuşdur.
Xəbər lenti
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
MANŞET, SİYASƏT
Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
MANŞET, SİYASƏT
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı
-
MANŞET, SİYASƏT
Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü (FOTO)