Bu yaz ölkəmizə Şuşa tonqalıyla, Zəfər yoluyla gəldi
19 Mart 2021, 18:22
19 Mart
2021
18:22
981
Bu gələn yaz bir başqa bir yazdır. Ötən illərdəkilərdən çox- çox fərqlənir. Qələbə müjdəli, Qarabağ ətirli, Şuşa nəfəsli... İllərin həsrətini yuyan, nisgilini silən bir yazdı. Bu yaz insanlarımız da çox dəyişib, özünəinamı artıb, əyilən başlar dikəlib, hər kəsin simasında qürur var. Bütün bunlar isə Azərbaycan əsgərinin və Ali Baş Komandan İlham Əliyevin sayəsində mümkün oldu. Bir xalq olaraq hiss etdik ki, Zəfərin dadı şirindən şirinmiş. Qalib xalqın nümayəndəsi olmaq, qələbənin sevincini doya- doya yaşamaq hər kəsə nəsib olmur. Şükürlər olsun ki, bu hissi xalqımız illər sonra yaşadı və bu gün də yaşamaqdadır. 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu həyəcanlı, şanlı günlərdə ordu, hakimiyyət, xalq birliyinin şahidi olduq, dəmir yumruğun əzəmətini, gücünü dünyaya nümayiş etdirdik. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizi ehtiramla anır, onlara əbədi məkanınız ürəklərimizdir deyirik.
İndi illlərlə həsrətini çəkdiyimiz o yurd yerləri bizimdir. Məkrli düşmənin dağıtdığı, izini silməyə çalışdığı kənd və şəhərlərimizin yenidən canlacağına əminik. Bu əminliyi isə bizlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zəfər salnaməsinin müəllifi İlham Əliyev yaradıb. Dövlət başçısının işğaldan azad olunandan sonra bu torpaqlara hər səfəri Qarabağın dirçəlişi, yeni-yeni yurd yerlərimizin abadlığı üçün görülən işlər, erməni işğalçılarının vandallıqlarının dünya birliyinə çatdırılması, Azərbaycanın necə bir məkrli düşmənlə mübarizə apardığının təsdiqi baxımından əhəmiyyətlidir. Hər bir azərbaycanlı kimi mən də ölkə başçısının bu yaxınlarda Füzuli, Xocəvənd və Şuşa səfərlərini qürurla, sevinclə izlədim. Bu son səfər həm də Azərbaycanın öz tarixinə, tarixi abidələrinə, qədim yurd yerlərinə sahib çıxması kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti bu səfərində dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Ölkəmizin tarixinə, maddi və mənəvi mədəniyyət abidələrinə, hər qarış torpağına sahib çıxdığını bir daha nümayiş etdirdi. Qədim alban kilsəsinin ziyarət edilməsi isə ölkəmizdəki tolerantlığın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısının dediyi kim "Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb, o da yarıdağılmış. Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər. Alban kilsəsini də bu günə qoyublar.” Qədim Azıx mağarasını ziyarət edən dövlət başçımız bildirib ki, bura dünyanın ən qədim insan məskənlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, tarixi sərvətimizdir. Tuğ, Hadrut səfərləri də yurd yerlərimizin işğaldan necə azad edilməsi, Azərbaycanın öz qədim yaşayış məskənlərinə sahib çıxması baxımından əhəmiyyətlidir. Bu səfər bir daha təsdiqlədi ki, bütün yurd yerlərimiz bizlərə əzizdir, doğmadır, unudulmazdır.
Azərbaycan Prezidentinin Qarabağa səfərlərində Şuşaya böyük önəm verməsi təsadüfi deyil. Çünki Şuşanın hər bir azərbaycanlının qəlbində özünəməxsus yeri var. Şuşa tarixdir, Şuşa mədəniyyətdir, Şuşa musiqidir, Şuşa dünəndir, bu gündür, sabahdır. Şuşasız Azərbaycan, Azərbaycansız Şuşa yoxdur. Mən və minlərlə mənim kimi belə düşünənlər var. Çünki Şuşa nəfəsdir. Təsadüfi deyil ki, Şuşada doğulmayanlar belə oranı görməyə can atır. Bu gün Ali Baş Komandanın dediyi kimi Şuşaya "ZƏFƏR YOLU” ilə getmək özü bir xoşbəxtlikdir. Bu yol qalib əsgərimizin "QƏLƏBƏ YOLU”dur.
Vaqifin dağıdılmış məqbərəsinin bərpasının birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fond tərəfindən aparılması bu işin yüksək səviyyədə görüləcəyinə əminlik yaratdı. Natəvan, Üzeyir, Haqverdiyev, Bülbül, Xan yurdunun tezliklə Azərbaycanın mədəniyyət paytaxtına cevriləcəyi gün uzaqda deyil. Ölkə başçısının Qarabağda aparılan quruculuq, bərpa, tikinti işlərini diqqətdə saxlaması bu yöndə görülən işlərin günün tələbinə uyğun, müasir standartlar çərçivəsində, tariximizdə ehtiramla anılacağından xəbər verir.
Füzuli, Xocəvənd, Şuşa səfəri ilə Azərbaycan Prezidenti İlham Əliyev qalib xalqın qurub yaratmaq əzminin daha da artdığını, öz tarixinə, ululardan qalan mirasına sahib çıxdığını bir daha təsdiqlədi.Mədəniyyəti, musiqisi, ədəbiyyatı və torpağının məhsulunun dadıyla seçilən Vətənimiz, dünyada həm də düşmən başını əzən "Dəmir Yumruğu” ilə tanındı.Qarabağın Azərbaycan olduğunu da hamı gördü. Dünya ictimaiyyətinə çatdırıldı ki, o torpaqların sahibi Azərbaycandır, qoruyanı da Azərbaycan əsgəridir.
Bu yaz ölkəmizə daha erkən, qələbə sədalarıyla, Şuşa tonqalıyla, Zəfər yoluyla gəldi. Könülləri isitdi, ürəklərdə yuva qurdu. Baharın, bayramın mübarək qalib VƏTƏN.
Sarıyeva Sevda,
Binqəədi rayonu ərazisində fəaliyyət göstərən şəhid Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin direktoru
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib