Deputat Arzu Nağıyev Gürcüstanda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr edilən sərgidə iştirak edib

Deputat Arzu Nağıyev Gürcüstanda Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr edilən sərgidə iştirak edib
İnterpress.az xəbər verir ki, 08 dekabr 2021-ci ildə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə həsr edilən sərgidə Azərbaycan Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Millət Vəkili Arzu Nağıyev iştirak etmişdir. Sərginin açılış mərasimində ictimai-siyasi xadim Həsən Həsənov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, xarici işlər nazirinin müavini Vladimer Konstantinidi, Gürcüstan parlamentinin deputatları, ictimai-siyasi xadimlər, Tbilisidəki dini icmaların nümayəndələri, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Gürcüstandakı azərbaycanlı iş adamları, ziyalılar iştirak etdilər.

Tədbir vaxtı Millət vəkili Arzu Nağıyevlə Gürcüstan -Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Arçil Talakvadze ilə görüş keçirilmiş,işçi qrupların fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

Xəbər lenti