GƏNCLƏR FONDUNUN BMT VƏ “İDEA” İCTİMAİ BİRLİYİ İLƏ BİRGƏ YAY DÜŞƏRGƏSİ BAŞLADI
Ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest”in "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri”nə həsr olunan həftəsinə start verildi. 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaqdır.
Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulmuşdur. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. "Yay Fest”in sentyabrın 9-dək davam edəcək düşərgələrində BMT-nin qeyd olunan yerli nümayəndəliklərinin rəhbərlərinin də iştirakı nəzərdə tutulur.
Düşərgənin açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkə gənclərinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda səmərəli icrasına əlavə təkan verir. Fərid Cəfərov vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır və milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Qeyd edildi ki, Azərbaycan MDB məkanında ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2019-cu ilədək iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümünün qeyd olunduğunu, BMT-nin və onun strukturuna daxil olan digər təşkilatların paytaxt və bölgələrdə gənclərə dair apardığı işlər, eləcə də "Yay Fest 2022” çərçivəsində bu cür düşərgənin keçirilməsinin əhəmiyyətini vurğuladı.
Açılış mərasimində çıxış edən "İDEA” İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov tərəfindən "İDEA” İctimai Birliyinin həyata keçirdiyi fəaliyyətlər nəticəsində gənclər arasında ekoloji mühitin qorunması, ətraf aləmə həssas yanaşma və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi barədə gənclərə geniş məlumat verildi.
Daha sonra, çıxışçılar düşərgədə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdılar. Açılış mərasiminin yekununda düşərgə iştirakçıları qonaqlarla xatirə fotosu çəkdirdilər.
Düşərgə çərçivəsində keçirilən ilk təlimdə BMT-nin Bakı ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə mütəxəssisi Şəms Mustafayeva düşərgə iştirakçılarına gənclərin DİM-lərin həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat təqdim etdi.
Qeyd edək ki, "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və "İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutmaqdadır.
"Hədəf gələcəkdir!” şüarı altında 19 iyul – 9 sentyabr tarixlərində təşkil olunan "Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu ("Tələbəlik”, "Dəmir Yumruq”, "Yaradıcılıq”, "Könüllülük”, "SDG Camp”, "İdeyadan Biznesə”, "Karyera və İnkişaf” və "Həmrəylik”) üzrə düşərgələr keçirilməkdədir.
Artıq üçüncü ildir ki həyata keçirilən "Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib