Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
14 Aprel 2023, 18:03
14 Aprel
2023
18:03
314
Aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda Gənclər Fondunun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtın səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb. Eyni zamanda 2023-cü il üzrə Fondun Fəaliyyət Planı müzakirə edilərək, təsdiq edilib. Həmçinin, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və video təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədi ilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib. Bununla əlaqədar, gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində "Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, GencApp mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.
Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən Fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.
İclasda həmçinin, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaqdır.
Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə – Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) idarə heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) idarə heyətinin üzvü Bəxtiyar İslamov daxildir.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV