"Hazırda regionda sülhdən çox, müharibəyə hazırlıq gedir" – Hərbi ekspert
27 Avqust 2020, 10:56
27 Avqust
2020
10:56
1194
"Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Ermənistana göndərilən hərbi yüklərin rus hərbi bazası üçün olduğu barədə izahı gözlənilən idi”.
7News.Az xəbər verir ki, bunu hərbi ekspert Nazim Bayram deyib.
Onun sözlərinə görə, hazırda Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Rusiya üçün önəmli qonşu və tərəfdaş olduğunu nümayiş etdirir:
"Görünür, Prezident İlham Əliyevlə telefon danışığında Putin bu izahı vermişdi, ancaq narahatlıq keçirən Azərbaycan cəmiyyətinə bunu şəxsən söyləmək üçün Şoyqunu Bakıya göndərib. Şoyqu Müdafiə nazirimiz Zakir Həsənovla görüşdə xüsusi vurğuladı ki, Rusiyanın heç bir hərəkəti Azərbaycanın əleyhinə olmayıb və deyil. Rusiya regionda gərginliyin eskalasiyasında maraqlı deyil.
Keçəl Həsən, ya Həsən keçəl. Rusiya Ermənistanı sevdiyindən silahlandırır, yoxsa regionda müharibə olmasın deyə, tərəflər arasında hərbi pariteti qorumaq üçün – nəticə eynidir, düşmənimizi silahlandırır. Hərbi paritetin qorunmasında məqsəd odur ki, Azərbaycanda Ermənistan üzərində qələbəyə əminlik olmasın və ölkəmiz müharibə başlatmasın. Bununla, Rusiya regionda öz maraqlarını (müharibə olmamasını) təmin edir, ancaq Azərbaycan ərazisinin 20%-i erməni işğalında qalmaqda davam edir”.
N. Bayramın fikrincə, Rusiya Müdafiə nazirinin səfərinin digər məqsədi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və Türkiyənin regiona Azərbaycan vasitəsilə nüfuz etməsi ilə bağlıdır:
"Rusiya göstərmək istəyir ki, Türkiyə Azərbaycana gəlsə də, mən regiondan getməmişəm, Xəzər regionu maraq dairəm olaraq qalır. Düzdür, məsələlərə cari kontekstdə baxsaq, Azərbaycanın pandemiya şəraitində "Dəniz Kubokunda” iştirak etməyindənsə, Tovuz döyüşlərindən sonra tutduğu prinsipial xətti davam etdirməsi daha məqsədəuyğun görünür. Ancaq Azərbaycan Xəzər dənizində gücünə görə ikinci hərbi donanmaya malikdir. Milli maraqlarımız baxımından, Xəzərdə hərbi-siyasi nüfuzumuzu fəal mövcudluğumuzla qorumalıyıq. Ona görə "Dəniz Kuboku" kimi beynəlxalq hərbi tədbirlərə və görüşlərə ev sahibliyi etməyimizə Xəzər regionunda siyasi və iqtisadi təhlükəsizlik maraqlarımızın təmini prizmasından yanaşmalıyıq. Türkiyənin Xəzərdə Rusiya ilə maraq ziddiyyəti olmadığından, Rusiya ilə Xəzərdə hərbi əməkdaşlığımız Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına xələl gətirmir”.
Hərbi ekspert bildirib ki, Şoyqunun çıxışında işgüzar məqamlardan biri Azərbaycanla hərbi-texniki əməkdaşlığın tezliklə fəallaşmasına ümid bəsləməsi və Rusiyada bizim mütəxəssislərimizin hazırlanmamasını xatırlatmasıdır. Rusiya narahatdır ki, Türkiyə ilə rəqabətdə silah bazarını qismən itirir:
"Səfər ərəfəsində rus mətbuatında Rusiyanın Ermənistana daha dörd Su-30SM təyyarəsi verməyə hazır olması, "ArMİ-2020” çərçivəsində keçirilən (Azərbaycanın da iştirak etdiyi) hərbi-texniki forumda Rusiya şirkəti ilə Ermənistan arasında Su-25 təyyarələrinin modernizasiyası üçün kontraktın bağlanması haqqında yayılan məlumatlar da Azərbaycanı Rusiya ilə hərbi-texniki əməkdaşlığa təşviq etmək məqsədi daşıyır. Ancaq səfərin əsas məqsədi regionu hər an başlaya biləcək müharibədən saxlamaqdır. Müharibənin bir qığılcımdan alovlana biləcəyini Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Trud” qəzetinə verdiyi müsahibədə açıq söylədi. O, Tovuz hadisələrində Ermənistanı məsuliyyətli bildi və vurğuladı ki, həmsədrlərin hazırda əsas məqsədi danışıqlar prosesini bərpa etməkdir.
Lakin paradoks ondadır ki, danışıqlardan məhz Ermənistan imtina edir. Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan-Azərbaycan gərginliyi səngiməyincə, İlham Əliyevlə görüş mümkün deyil. Deməli, Ermənistan münaqişə zonasına aid olmayan, dövlət sərhədində Azərbaycana qarşı təxribat törədir, daha sonra isə sülh danışıqlarını davam etdirmək üçün cəbhədə sakitlik olacağına qarantiya tələb edir. Lavrov gözəl bilir ki, nəinki danışıqlar, hətta danışıqlar görüntüsü limiti 26 ildə tükənib, bitib”.
"Bu şəraitdə, belə həyasız avantürist ölkə rəhbərliyi ilə Azərbaycanın danışıqlar aparmasına nə Rusiyada, nə də beynəlxalq qurumlarda tutarlı arqument qalmayıb. Danışıqların başlanması üçün erməni rəhbərliyinə təzyiqlər artırılmalıdır, çünki gərginliyin kökü Lavrovun da sözügedən müsahibəsində qeyd etdiyi kimi, Dağlıq Qarabağ probleminin həll olunmamış qalmasıdır. İstənilən təsadüfi hadisə genişmiqyaslı müharibəyə apara bilər. Ermənistan Dağlıq Qarabağda mülki əhalidən ibarət könüllü hərbi dəstələr yaradır. Göründüyü kimi, hazırda regionda sülhdən çox, müharibəyə hazırlıq gedir” - deyə, ehtiyatda olan zabit bildirib. (mediapost)
Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI