İnam Kərimov: “Sahibkarlar tam emal zəncirini qurmağa çalışmalıdırlar”

İnam Kərimov: “Sahibkarlar tam emal zəncirini qurmağa çalışmalıdırlar”

Sahibkarlar yekun məhsul istehsalı prosesinədək tam emal zəncirini qurmağa çalışmalıdırlar.

7NEWS.Az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu zənciri formalaşdırmaqla sahibkarlar daha sərfəli maya dəyəri ilə daha keyfiyyətli, müxtəlif çeşidli, ixracda rəqabətədavamlı məhsullar əldə edə biləcəklər.

Nazir deyib ki, qlobal dünyada mühüm məsələlərdən biri bioloji təmiz qida məshullarının istehsalı üçün Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaqları unikal imkanlara malikdir: "Həmçinin, öz doğma yurdlarına geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsində kənd təsərrüfatı sektoru aparıcı sahələrdən biri olacaq. Bu sahədə yaradılacaq yerli fermer təsərrüfatlarına, biznes subyektlərinə dəstək göstərməyə davam edəcəyik".

İ.Kərimov vurğulayıb ki, hazırda Azərbaycan hökuməti ölkənin kənd təsərrüfatı sektorunda rəqəmsal texnogiyalardan istifadə edilməsinə xüsusi diqqət yetirir: "Eyni zamanda, Azərbaycanda torpaq və su resurslarından düzgün və səmərəli istifadə, yeni suvarma texnologiyaların geniş tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirləri həyata keçirilir. Qlobal iqlim dəyişikliyinin ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində strateji təşəbbüslərə qoşulan ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması istiqamətində də davamlı tədbirlər görülür. Dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması əsas hədəflərimizdən biridir. Eyni zamanda torpaqlarımızın azad olunması bizə imkan verir ki, münbit və məhsuldar Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarında ağıllı və innovativ becərmə metodlarından istifadə edərək , yüksək məhsuldarlıq əldə edək”.

Shushapost.Az

Xəbər lenti