“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev

“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
"Azərbaycan səfirliyində törədilmiş terrorla bağlı siyasi sektorun demək olar bütün üzvləri danışdı, hər kəs  hadisəyə münasibət bildirdi, bütün siyasi partiyalar məlum cinayətlə bağlı bəyanat verdi. Bir tək radikal müxalifət cəbhəsində qərarlaşan riyakarlardan, vətən xainlərindən savayı. Niyə? Çünki onlar xalqı və dövləti deyil, öz maraqlarını düşünürlər. Çünki onlar çox böyük ehtimalla elə İranın da casuslarıdır. Çünki onlar xarici ölkələrin xüsusi xidmət orqanları qarşısında öhdəliklər götürüblər və həmin öhdəliklərə uyğun olaraq da "quzu balası” kimi davranırlar.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əli Kərimlinin niyə səsi çıxmır? Niyə Azərbaycana qarşı həyata keçirilmiş bu boyda həcmdə, masştabda terrora partiya səviyyəsində münasibət bildirmir? O ümumiyyətlə haradadır? Nə işlə məşğuldur? Bilirsinizmi haradadır? - 30 ildir özü üçün qurduğu köstəbək yuvasında! Məchullarda! Siyasi oyunbazlığın episentrində! Yaramazlığı və riyakarlığı diktə edən məntiqinin girdabında! Bu adam hər zaman iranmeylli mövqeyi ilə tanınıb, İran faktorundan, din faktorundan  öz maraqları üçün istifadə edib və bu gün də həmin "ənənəyə", xəyanətkar ruhuna sadiqdir. Bax ona görə səsi çıxmır.” - deyə Partiya sədri fikirlərinə davam edib

Xəbər lenti