Ölkəmiz də ciddi ekoloji problemlərlə qarşı-qarşıyadır və bu problemlərin həlli üzrə təcili tədbirlər görülməlidir - TƏHLİL
Ekoloji problemlər artıq çoxdandır ki qlobal xarakter alıb və bəşəriyyət qlobal istiləşmənin yaratdığı iqlim dəyişiklikləri fonunda bu prosesin qarşısını almaq üçün tədbirlər görməyə çalışır. 2021-ci il ərzində dünya ictimaiyyətinin gündəmində duran əsas məsələ də məhz qlobal istiləşmə və bunun qarşısının alınması problemləri olub.
Cari il ərzində keçirilən üç qlobal miqyaslı konfransın hər üçündə əsas müzakirə mövzusu iqlim dəyişikliyi və bunun qarşısının alınması ilə bağlı görüləsi tədbirlər olub. Sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı konfransı, ardınca oktyabr ayının sonunda Böyük 20-liyin Romada keçirilən konfransı və bundan sonra, Böyük Britaniyanın Qlazqo şəhərində baş tutan BMT-nin iqlim dəyişikliyinə həsr olunmuş "COP-26” sammitində ekoloji problemlərlə bağlı ölkələrin birgə fəaliyyət planının hazırlanaraq icra olunması irəli sürülsə də yekun qərar qəbul edilə bilmədi. Dövlətlərin geosiyasi və regional maraqları ümumbəşəri problem ətrafında birləşmənin qarşısını aldı.
Xatırladaq ki, 2015-ci ildə Parisdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransında qlobal iqlim dəyişmələri üzrə 2020-ci ildən sonrakı dövr üçün iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səviyyəli beynəlxalq-hüquqi sənəd olan Paris Sazişi imzalanmışdı. Paris Sazişi iqlim dəyişmələri təhlükəsinə qlobal cavab tədbirlərini özündə ehtiva edən unikal beynəlxalq sənəd hesab olunur. Əslində cari ildə iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfransların əsas məqsədi həmin Paris Sazişi üzrə dövlətlərin öz üzrlərinə götürdükləri öhdəliklərin hansı səviyyədə yerinə yetirdiklərinin təftişi və bundan sonra görüləcək tədbirlərin planlaşdırılması məqsədi daşıyırdı.
Problemin mahiyyəti ondan ibarətdir ki, sənaye müəssisələrin fəaliyyəti nəticəsində atmosferə atılan parnik qazlarının təsiri nəticəsində atmosfer qatının çirklənməsi və nəticədə tempraturun yüksəlməsi baş verir.
Çixiş yolu kimi, dünya üzrə atmosferə atılan tullantıların qarşıdakı on il ərzində 45 faiz azaldılması təklif olunur ki, belə olan halda qlobal tempraturun yalnız 1.5 dərəcə artmasını təmin etmək olar. Əks halda gələcək on il ərzində ümumi tempratur 2.7 dərəcə artacaq və bu artım ciddi ekoloji fəsadlara səbəb olacaq. Burada söhbət okean sularının səviyyəsinin qalxması və bir sıra ada dövlətlərin su altında qalması, şirin su ehtiyatlarının tükənməsi, oksigenin əsas mənbəyi olan meşələrin quruması və yanması, təbii fəalakətlərin artması və s.-dən gedir.
BMT –nin baş katibi Antoniu Qutteriş Assambleyadakı çıxışı zamanı bəyan edib ki, BMT-yə üzv olan 193 ölkənin hər biri ümumi təhlükə qarşısında öz səylərini birləşdirməlidirlər. O, Qlazqo konfransında ümumi planın qəbul olunmasını təklif etsə də, dövlətlər arasında konkret razılıq əldə olunmadı.
İqlim dəyişikliklərinin qarşısının alınması ilə bağlı qlobal razılıq əldə olunmasa da, dünya dövlətləri hər biri ekologiyanın qorunması sahəsində müəyyən fəaliyyət göstərməkdədir. Təbii ki, Azərbaycan da bu mənada istisna deyil, hətta ölkəmiz bir çox göstəricilərə görə dünya dövlətlərini qabaqlayır.
Azərbaycan öz ərazisində ekoloji problemlərin həlli ilə yanaşı qlobal anlamda problemin həllinə öz töhvəsini verməkdədir.
Belə ki, artıq 8-ci dəfədir ki, keçirilən Bakı Qlobal Forumunda da əsas müzakirə mövzularından biri qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısının alınması mövzusu olmuşdu. Azərbaycan özünün formalaşdırdığı və illərdir uğurla fəaliyyət göstərən beynəlxalq platforma hesab edilən Bakı Qlobal Forum vasitəsilə ekoloji problemlər də daxil olmaqla bir çox digər qlobal əhəmiyyətli problemlərin həllinə yardımçı olur.
Böyük Britaniyanın baş naziri Boris Consonun Foruma ünvanladığı müraciətində Azərbaycanın qlobal ekoloji problemin həllində oynadığı rola yüksək qiymət verilib: "Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq. Mən Sizin "yaşıl enerjiyə” verdiyiniz xüsusi dəyəri və Azərbaycanda bərpa olunun enerjinin rolunun artırılması planlarınızı alqışlayıram”.
Təbii ki, Azərbaycan öz hüdudları çərçivəsində ekoji problemlərin həllinə xüsusi önəm verib və bununla bağlı xüsusi strateji xətt izlənilməkdədir.
Azərbaycanın ekoloji strategiyasının əsas istiqamətləri - ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanaraq enerji effektivliyinə nail olunması və qlobal ekoloji problemlərin həlli üzrə milli səviyyədə yollarının müəyyənləşdirilməsidir.
Ölkəmiz də ciddi ekoloji problemlərlə qarşı-qarşıyadır və bu problemlərin həlli üzrə təcili tədbirlər görülməlidir. Əsas ekoloji problem su ehtiyatlarının, yəni Xəzər dənizinin sənaye və məişət tullantı suları ilə çirkləndirilməsi, həmçinin, transsərhəd çayların sənayə tullantıları ilə çirkləndirilməsidir. Digər mühüm problem isə, hələ də bir çox rayon və şəhərləmizdə təmizləyici qurğularının olmaması və nəticədə tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmasıdır. Eyni zamanda, müxtəlif tullantıların tələb olunan səviyyədə utilizasiya edilməməsi, qeyri-qanuni poliqonların mövcudluğu, biomüxtəlifliyin, o cümlədən, flora, fauna və xüsusi ilə balıq ehtiyatlarının seyrəkləşməsi, iqlim dəyişikliklərinin təsiri nəticəsində biomüxtəlifliyin azalması əsas ekoloji problemlərimizdir.
Tofiq Vahid
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.17
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib