“Makron özünü də biabır edir, rəhbəri olduğu dövləti də” – Elşən Musayev

“Makron özünü də biabır edir, rəhbəri olduğu dövləti də” – Elşən Musayev
"Emmanuel Makronun son davranışları, açıqlamaları, ermənipərəst mövqeyi onun əsl xislətini və  mahiyyətini bir daha aydın, əyani şəkildə göstərir. Bu adam ədalət axtarışında deyil, bu adam terrorçuya, təxribatçıya açıq dəstək verir, bu adam faşist ruhlu erməninin yanında olmaqla özünü də, təmsil etdiyi dövləti də biabır edir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Makron hər zaman terrorçunun və işğalçının yanında olub. Sadəcə indi fikrini daha çılpaq və daha qabarıq formada ifadə edir. Etdikcə də rüsvay olur. Ayıbdır, həqiqətən. Ən azından Avropanın beşlik dövlətlərindən birini təmsil etmək adına ayıbdır. Demokratiya, insan haqları, diplomatik etiket adına ayıbdır. Makron anlamalıdır ki, belə məsuliyyətsiz açıqlamalarla Fransanın adını batırır, onu etibarsız və ədalətsiz subyektə çevirir.
44 günlük müharibədə də Fransanın mövqeyi yanlış mövqe idi. Ermənini dəstəkləmək böyük səhv idi. Çünki bütün dünya bilirdi ki, onlar başqasının torpaqlarını zəbt ediblər. Amma Makron erməniyə həmin dəstəyi göstərdi. Öz də utanmadan göstərdi. Qırmızı-qırmızı göstərdi. 
Sonda bir məqamı da xüsusi vurğulayım: Azərbaycan siyasətindəki radikal müxalifət nümayəndələrinin bəziləri yenə özlərinə əl qatıblar və Makronu təmizə çıxarmağa çalışırlar. Sanki Makron bunların dədələri, qohumları-filandı. Bu nadanlar erməni təxribatları zamanı erməni kimi danışdılar, indi də Fransa Prezidentinin sərsəm açıqlamasından sonra Makron kimi danışırlar. Və həmin buqələmunlar bir həqiqəti unudurlar ki, Makron Xocalı qətliamını törədənləri müdafiə edir, Makron bizim 1 milyon insanımızı 30 il müddətində qaçqın həyatı yaşamağa məcbur edən dövləti qoruyur, Makron erməni terroçuların marağından çıxış edir. 
Rəzillikdir həqiqətən. Bizim radikal müxalifətin varlığı da, fəaliyyəti də eynən Makronun açıqlamaları kimi rəzillikdir” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti