Metamfetamin: Təhlükə hər bir qapının kandarındadır
Sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, "maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir
"Bu günlərdə yayımlanan bir xəbər sözün həqiqi mənasında damarda qanı dondurur. "İki uşaq anası "patı”dan öldü” xəbərindən sarsılmamaq mümkün deyil.”
Bu sözləri "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva "İki sahil”ə açıqlamasında deyib.
T.Paşayeva bildirib ki, yeniyetmə və gənclər arasında daha çox "patı”, "şüşə” adı ilə məşhur olan yeni təhlükəli bəla – metamfetamin (sintetik tərkibli narkotik maddə) istifadəçilərinin sayının sürətli yüksəlişi həyəcan təbili çalmağa əsas verir: "Ən qorxulusu da odur ki, insan həyatını zəhərləyən bu psixotrop maddə qiymət baxımından əlçatandır. Yəni, bu, o deməkdir ki, təhlükə hər bir qapının kandarındadır.”
Həmin şəxslərdə aqressiya, stress, qorxu, panik atak, paranoya, psixomotor pozğunluqlar və digər psixoloji problemlər müşahidə olunur
Psixologiya üzrə fəlsəfə doktoru hesab edir ki,"maddə”nin sosial şəbəkədə müxtəlif formalarda təbliği, yeniyetmə və gənclərin, hətta qadınların onu asanlıqla əldə edə bilməsi cəmiyyəti fəlakətə aparan addımlardır: "Mən metamfetamin ("patı”) adlanan bəlanı yeni nəsli ölümə sürükləyən "cəhənnəm mələyi” adlandırardım. "Patı”ya aludəçiliyin artması olduqca təhlükəli haldır və bunun qarşısı yalnız dövlətin deyil, bütün xalqın, ictimaiyyətin, toplumun, ailənin birgə səyi ilə alına bilər. Aparılan araşdırmalar nəticəsində ortaya çıxan nəticələr də vəziyyətin hansı dərəcədə ciddi olduğunu göstərir. Belə ki, metamfetamin istifadəçilərinin demək olar ki, yarısında ağır formada psixoloji problemlərin yarandığı müşahidə olunur. Başlanğıcda daha aşağı doza qəbulu ilə başlanan asılılıq zaman keçdikcə artır və nəticədə sosial-psixoloji fəsadları böyüyür. Həmin şəxslərdə aqressiya, stress, şiddətli davranış, qorxu, panik atak, paranoya, psixomotor pozğunluqlar və digər psixoloji problemlər müşahidə olunur. İstifadəçilərdə psixoloji simptomlarla yanaşı, fiziki narahatlıqlar da ortaya çıxır. Qan dövranı və ürək döyüntülərində dəyişiklik, nəfəs alma, böyrək çatışmazlığı, baş dönməsi və digər ortaya çıxan çətinliklər onların həyatına birbaşa təsir edir. Qeyd etdiyim fiziki və psixoloji amillər həmin şəxslərin həm özlərinin, həm də ətrafında olan insanların yaşam tərzinə əks təsirini göstərir. Zaman keçdikcə başqalarına qarşı aqressiv münasibət və hərəkətlər, tək qalmaq istəyi, yardımçı olmaq istəyənlərə qarşı şiddət ətrafında olan insanların da uzaqlaşmasına səbəb olur.”
"Bəlkə mən də yoxlayım” düşüncəsi təhlükəlidir
T.Paşayeva qeyd edib ki, insan səhhətində problemlər yaşadan bu asılılıqlardan zərər gəldiyini bildikləri halda istifadəni dayandırmaması əslində məhz psixoloji problemlərdən irəli gəlir: "İstifadədən sonra yaranan rahatlılıq, doyma və həzz bunun nəticəsidir. "Hər kəs istifadə edir, bəlkə mən də yoxlayım” düşüncəsi olduqca təhlükəli və geniş şəkildə yayılıb. İstər yeniyetmə və gənclərdə, istərsə də digər yaş qruplarında olan istifadəçilərdə bir dəfə istifadə etməklə başlanan bu asılılıq onların sonrakı həyatlarında fiziki, psixoloji təsirlərini çox acınacaqlı şəkildə göstərir. Nəzərə almalıyıq ki, metamfetamin güclü asılılıq yaradan, qısa müddətdə istifadə edən şəxslərdə ciddi formada psixoloji və fiziki təsirləri olan, problemlər yaradan maddədir. Onları bu zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün yanında olduğunu göstərməli, mütəxəssislərdən dəstək almalı, psixoloji, tibbi terapiya seanslarına cəlb edilməlidir.”
Həmsöhbətimiz vurğulayıb ki, bu məsələnin həllində mətbuat, radio və televiziyalar daha çox iş görə bilərlər: "44 günlük Vətən savaşı dövründə biz KİV-lərin necə böyük gücə malik olduğunu bir daha gördük. Fəlakətin qarşısını almaq üçün kütləvi təbliğat, maarifləndirmə işi ən yüksək səviyyədə aparılmalıdır. Əhali müvəqqəti həzz verən, amma daimi asılılıq yaradan, orqanları məhv edən, aqressiv davranışlara, depressiv vəziyyətə gətirən "patı” bəlası, metamfetamin təhlükəsi barədə dolğun məlumat almalıdır. Bu məsələ radio və televiziyaların əsas mövzularından biri olmalıdır.”
Mərkəzin rəhbəri bildirib ki, sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, "maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir: "Məlumatsızlıq və düzgün aparılmayan maarifləndirmə istifadəçi sayını artıra bilər. Odur ki, hər kəs ayıq olmalı, özünü, ailəsini "tələyə” salmaq istəyənlərdən qorumalı və onlara qarşı mübarizədən çəkinməməlidir.
Laqeydlik də bir bəladır. Çevrəyə qarşı duyarlı olmaq həm özümüzü, həm də ailəmizi, bütövlükdə cəmiyyəti, dövləti qorumaqdır.
Həmsöhbətimiz valideynləri diqqətli olmağa, min bir əziyyətlə böyütdükləri övladlarını qorumağa, onlara qarşı həssas olmağa, davranışlarına fikir verməyə, çevrəsində kimlərin olduğuna diqqət etməyə, onlarla səmərəli vaxt keçirməyə səsləyib ki, övladları qorxulu "həzz”in qurbanı olmasınlar: "Əziz xanımlar, əminəm ki, iki uşaq anasının psixotrop maddədən həyatını itirməsinə laqeyd qalmazsınız. Arıqlamaq istəyir, artıq çəkidən əziyyət çəkirsinizsə, bunun təbii yolları da var. Ən doğru yol yemək-içməyə diqqət etmək, hərəkətdə olmaq, normal həyat tərzi keçirməkdir. Öncə sizə sürətlə arıqlamaq üçün təklif edilən maddənin nə olduğunu aydınlaşdırın. Tərkibi nədir, ziyanlı tərəfləri nədir, əvvəlcə bunları öyrənin. Arıqlamaq üçün "patı”dən istifadə etmək könüllü ölümə getməkdir.”/dogru.az
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib