“Mina qurbanlarının sayı durmadan artır” – Elşən Musayev

“Mina qurbanlarının sayı durmadan artır” – Elşən Musayev
"Hələ də partlayan minalar Ermənistanın terror xislətinin bariz nümunəsidir. Bunlar demək olar, hər qarışa həmin minaları basdırıblar. Məqsəd də aydındır. Məqsəd budur ki, günahsız insanlar həyatlarını itirsinlər. Yəni, müharibənin bitməsinə baxmayaraq Ermənistanın terroru hələ də davam edir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

"İşğaldan azad edilmiş Ağdam və Füzulidə yenə mina partlayıb, ağır yaralananlar, ölüm təhlükəsi ilə üzbəüz qalanlar var. Hamısı da mülki şəxslər. Və bu məqamda sual yaranır: Beynəlxalq aləm hara baxır? Niyə Ermənistana qarşı təsir və təzyiq yoxdur? Həmin beynəlxalq təşkilatların xəbəri varmı ki, mina qurbanlarının sayı durmadan artır və həmin say artıq 259-dur?!

Bütün dünya, ümumbəşəri dəyərlərdən danışan bütün qüvvələr, təsisatlar, təşkilatlar Ermənistanın törətdiyi məlum cinayətlərə münasibət bildirməli, bu vandalları qınamalı və ifşa etməlidir!”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti