Mingəçevir 73 illiyini qeyd edir
12 Noyabr 2021, 13:57
12 Noyabr
2021
13:57
742
Mingəçevir barədə burada olmuş, yaxud daimi yaşayan istənilən şəxsdən təəssüratlarını soruşsanız hərəsi bir cəhətini tərif edəcək, onda xoş ovqat yaradan tərəflərini açıqlayacaqlar. Biri deyəcək ki, yay mövsümündə gözəl qumlu sahilləri olan çimərlikləri istirahət üçün ən mükəmməl yerdir, digəri səliqəli küçə və binalarından zövq aldığını bildirəcək, digəri Mingəçevirin hansısa Avropa şəhərini xatırlatdığını deyəcək, bir başqası isə, Kür çayının sahilindəki mənzərəsindən valeh olduğunu dilə gətirəcək. Sakinləri taleləlirinin bu şəhərlə necə bir sirli cazibə qüvvəsilə bağlandığından söz açacaqlar. Bir də, mingəçevirlilər buranın yaşıllıqları ilə övünməyi sevir, yaşıllıqların qorunmasını özləri üçün vəzifə borcu bilirlər. Sanki bu amal bir genetik kod kimi bütün mingəçevirlilərin bünyəsində min illərdir mövcud olub.
Bəlkə də, bu xüsusiyyət tarixən (e.ə III minillik) bu ərazilərdə yaşamış ulu babalarımızdan Mingəçevir sakinlərinə miras qalıb. Hələ 1941-ci ildə Mingəçevir ərazisində Saleh Qazıyevin rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatlar nəticəsində eneolit dövrünə aid Cənubi Qafqazın ən iri arxeoloji kompleksi olan 4 qədim insan məskəni, onlara bitişik qəbiristanlıqlar, 20 kurqan, 30 minədək maddi-mədəniyyət nümunəsi aşkar olunmuşdu. Samux-Mingəçevir ərazisinin qədim Alban mədəni mərkəzlərdən biri olması, Alban hökmdarı Arsvahanın və yerli ruhani Beniaminin təşəbbüsü ilə burada alban əlifbasının tərtib edilərək məktəblərin açılması barədə məlumatlar var. Roma sərkərdəsi Pompey ilə alban çarı Oris arasında e.ə. I əsrdə məhz Mingəçevir ərazisində qanlı döyüşlər gedib.
Dövlətimiz üçün strateji əhəmiyyət baxımından Mingəçevir ölkənin enerji paytaxtıdır desək yanılmarıq. Ancaq "strateji əhəmiyyətlilik” tək bununla bitmir: Mingəçevir həm də, ölkənin ən böyük su anbarının sahilində yerləşir, hansı ki, əsas suvarma kanallarının mənbəyi olmaqla yanaşı, həm də SES-də enerji əldə olunmasını təmin edir. Təsadüfi deyil ki, Vətən Müharibəsi başlanar-başlanmaz düşmən raketlərinin əsas hədəfi Mingəçevir oldu.
Müharibə günlərində Mingəçevirin səması qarşıduran raketlərin əsas toqquşma zonasına çevrilmişdi. Müzəffər Ali baş komandanımızın rəhbərlik etdiyi şanlı ordumuz Qarabağda zəfər qazanmaqla yanaşı Mingəçeviri qorumağı da unutmadı və şəhəri qorudu. Elə qorudu ki, Mingəçevirə heç bir ziyan dəymədi! Ölkəmizin bütün bölgələri kimi Mingəçevirin əsas itkiləri Qarabağ cəbhəsində oldu. Mingəçevir, I Qarabağ müharibəsində olduğu kimi II Qarabağ müharibəsində ən çox şəhid verən şəhərdən biri kimi tarixə düşdü.
Zəfər Günü və Bayraq Günündən sonra mingəçevirlilər növbəti əlamətdar tarixi 11 noyabr "Şəhər Günü”nü qeyd etdi. Məhz 73 il əvvəl 1948-ci il noyabrın 11-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin qərarına əsasən, Mingəçevirə şəhər statusu verilib.
Mingəçevirin inkişafı təbii ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Mingəçevirdə 1981-ci ildə "Azərbaycan” İstilik Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Məhz bu stansiyanın hesabına Azərbaycan Qafqazın əsas enerji istehsalçısına çevrilməklə yanaşı, digər respublikaların enerji asılılığından çıxmışdı. Məhz bu amil gələcəkdə Azərbaycanın suverenliyinin təmin olunmasında əsas rollardan birini oynayacaqdı. Və nəhayət məhz bu amil şəhərin daha da genişlənməsi və inkişaf etməsinə əsas yaradacaqdı.
Müstəqilliyimizin bərpa olunmasından sonrakı dövrdə də, prezident İlham Əliyev ölkənin enerji istehsalının artırılması məsələsinə xüsusi diqqətlə yanaşmış və bu strategiya çərçivəsində Azərbaycan İES-in yenidən qurularaq müasir standartlara cavab verən Qafqazın enerji nəhəngi statusunu qoruyub saxlamasına nail olmuşdur. Ancaq Mingəçevir tək enerji mənbəyi kimi deyil, həm də turizm mərkəzi və sənayə şəhəri kimi boy göstərməkdədir.
Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı müvafiq sərəncama əsasən Mingəçevir Sənaye Parkının əsası qoyulmuşdur. Sənaye Parkında əsasən yüngül sənaye müəssisələrinin mərhələli şəkildə qurulması nəzərdə tutulur ki, bu müəssisələr tam qurulub işə düşdükdən sonra şəhər yenidən ölkənin əsas yüngül sənaye mərkəzinə çevriləcək.
Müasir dövr Mingəçevirin inkişafı artıq günbəgün deyil saatbasaat gedir desək yanılmarıq. Küçə, prospekt və meydanların abadlaşdırılması bir yana, artıq şəhər rəhbərliyi məhəllələrin abadlaşdırılması işini həyata keçirir. Mingəçevirdə 30 küçə əsaslı təmirdən çıxarılmış, 9 məhəllədə yenidən işıqlanma sistemi qurulmuş, 39 binanın əsaslı təmir işləri isə uğurla davam etdirilir.
Şəhərdə yeni parklar salınır, xiyabanlar yaradılır, küçələr yeni asfalt örtükləri ilə bəzədilir. Tarix muzeyinin qarşısında, eləcə də Qələbə meydanında yeni fantanların quraşdırılması, qərb giriş hissəsinin müasir formaya salınması şəhərin gözəlliyini daha da artırır. Ötən il isə 50-yə yaxın binanın fasadı və dam örtüyü yenidən qurulub. Şəhərin bütün məhəllə və küçələrində işıqlanma sistemlərinin müasir formada quraşdırılması, bağ massivlərində 19 küçəyə asfalt örtüyünün salınması, yaşıllıqların suvarılma sisteminin yenidən qurulması sakinlərin böyük razılığına səbəb olmuşdur.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov artıq formalaşmış ənənəyə uyğun olaraq "Şəhər günü”ndə şəhərin tikilib qurulmasında əməyi olan əmək veteranları ilə görüşməyi vacib bildi. Veteranlarla görüşdə şəhərin inkişaf tarixi barədə geniş müzakirələr aparıldı, yeni inkişaf strategiyası ətrafında fikir mübadiləsi həyata keçirildi. Eyni zamanda, əmək veteranlarına Mingəçevirin bu günündən və gözəlliyindən bəhs edən foto bukletlər və digər suvenirlərdən ibarət hədiyyələr təqdim olundu.
İlham İsmayılov gələcəkdə görüləcək işlər barədə toplantı iştirakçılarına məlumat verdi. Onun sözlərinə görə, keçmiş sovet dövründən qalmış sənaye müəssisələrinin dirçəldilməsi və sənaye parkında müəssisələrin sayının artırılması istiqamətində əməli addımlar atılmaqdadır və yaxın vaxtlarda mingəçevirlilər bunun bəhrəsini görəcəklər. Belə ki, Mingəçevir Sənaye parkı ərazisində yeni fabrikin inşa olunması və Regenerat zavodu ərazisində müasir tələblərə cavab verən sənaye parkının qurlması nəzərdə tutulub.
Tədbir başa çatdıqdan sonra İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və əmək veteranları ilə birlikdə şəhər turuna çıxdılar. Şəhər turu əvvəlcə Mingəçevirin qərb giriş qapılarının müasir formaya salınmasına baxışla başlayıb, Abdulla Şaiq küçəsinidəki 5-11 nömrəli yaşayış binalarının önündə salınmış nümunəvi məhəlləyə baxışla davam etdi. Həmçinin, Şah İsmayıl Xətai küçəsi ərazisindəki 135-ci məhəllədə aparılan quruculuq işləri nəzərdən keçirildi, yenidənqurmanın xüsusi zövqlə görülməsi qeyd olundu.
Tofiq Əsgərov
7News.Az
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib