Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquq və insan haqları virtual kitabxanası”nın təqdimatı keçirilib
10 May 2023, 19:33
10 May
2023
19:33
299
Bakı şəhəri 10.05.2023-cü il
Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2023-cü ilin "Heydər Əliyev ili” elan olunması çərçivəsində "Hüquq və insan haqları virtual kitabxanası”nın ictimaiyyətə açıq təqdimatı keçirilib. Təqdimat Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov açılış nitqində bildirib ki, "Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri bu gün öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycanda hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir”. R.Qasımov İnstitutun "Hüquq və insan haqları virtual kitabxanası”nı yaratmaq təşəbbüsünün hüquq ədəbiyyatı oxucuları üçün böyük töhfə olacağını da vurğulayıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi v.i.e. Nuno Quieros "İnsan hüquqları - 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olunmasının BMTİP-in əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, virtual kitabxananın da bu prosesə ciddi töhfə verəcəyinə inandığını bildirib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə tədbirdə Heydər Əliyevin ölkəmizdə insan hüquqları istiqamətində atdığı vacib addımlar barədə ətraflı məlumat verərək bildirmişdir ki, Ulu Öndərin 10 illik fəaliyyəti ərzində 1 Konstitusiya (48 maddəsi sırf insan hüquqlarına həsr edilib), 13 məcəllə, 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, yüz mindən çox insana şamil edilən 32 əfv fərmanı və 7 amnistiya aktı qəbul edilmişdir. İnstitut rəhbəri həmçinin bildirmişdir ki, təqdim edilən virtual kitabxanada azərbaycanlı alimlərin hüquq və insan haqlarına dair üç dildə yazdıqları 217 vəsait pulsuz istifadə üçün yerləşdirilmişdir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyillərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq bazasının yaradılmasını təqdirəlayiq hesab edərək, bu ideyanı dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, virtual kitabxana Azərbaycanda hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, onların yeni biliklər əldə etməsi, eyni zamanda hüquq ədəbiyyatının təbliği və bu sahədəki yeniliklərin təminat bazasının toplanması məqsədilə yaradılıb.
Virtual kitabxana fondu ali məktəblərin hüquq fakültələrində çalışan ixtisaslı müəllim və professorların, hüquqşünas alimlərin, tədqiqatçıların, vəkillərin, müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünasların, həmçinin ictimai birliklərin hüquq və insan haqlarına dair kitab və məqalələr (Azərbaycan, rus və ingilis dillərində) toplusundan ibarətdir.
Yekunda hüquq elmində dəyərli əsərləri ilə virtual kitabxananın zənginləşdirilməsinə töhfə vermiş bir sıra alimlər "Təşəkkürnamə” ilə təltif ediliblər.
Təqdimatda Prezident Administrasiyası, Ombudsman Aparatı, dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin hüquq fakültələrinin dekan və kafedra müdirləri, həmçinin kitabxana direktorları, alimlər və media mənsubları iştirak etmişlər.
Mətbuat və beynəlxalq əlaqələr şöbəsi,
Leyla Məmmədova
Tel: (012) 510-36-45;
e-mail: [email protected]
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV