“Prezident İlham Əliyev Astanada çox ciddi mesajlar verdi” – Deputat

“Prezident İlham Əliyev Astanada çox ciddi mesajlar verdi” – Deputat
"Astanada, MDB Dövlət Başçıları Şurasının iclasında möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi mükəmməl nitq bir çox əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan həqiqətlərini növbəti dəfə hər kəsin diqqətinə çatdırdı və eyni zamanda bir çox ciddi məsələlərlə bağlı öz fikirlərini bölüşdü.– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib. 
"Bəli, reallıq budur ki, 30 il davam edən erməni işğalı dönəmində bir beynəlxalq təşkilat irəli duraraq ortalığa ciddi mövqe qoymadı, ermənini dalana dirəmədi. ATƏT-in Minsk Qrupu isə məlum prosesdə demək olar, tamamən fəaliyyətsiz qaldı. 
Elşən Musayev fikirlərinə davam edib: Beynəlxalq Təşkilatlar heç indi də nəsə etmək iqtidarında deyillər. Daha dəqiq desəm: marağında. Olsaydılar, Ermənistana, Paşinyana  başa salardılar ki, bölgədəki sabitlik üçün sülh müqaviləsini imzalamaq lazımdır. Amma başa sala bilmirlər. Daha doğrusu çox güman ki, heç buna cəhd belə etmirlər. Ona görə də Ermənistan öz artistliyinə, yalanlarına, təxribatlarına, mina terroruna davam edir. Fransa kimi dövlətlər isə utanmadan, qızarmadan bu terrorçulara, vandallara dəstək verir. Hərgah, həmin dəstəyi Makron elə 44 günlük müharibədə də Paşinyana vermişdi. Amma nəticəsi oldumu? Nəsə əldə edə bildilərmi? Xeyr. Çünki ədalət bizim tərəfimizdə idi. Çünki güclü olan tərəf biz idik. Çünki haqlı olan tərəf biz idik. Qəhrəman Azərbaycan Ordusu qısa müddət ərzində düşməni rəzil günə qoydu, əzəli torpaqlarımızı işğaldan azad etdi.  Və hətta demək olar ki, Paşinyan həmin müharibəni elə Makron qardaşı ilə birlikdə uduzdu. Ona görə də hesab edirəm, bu iki qardaş həmin məğlubiyyətdən dərs çıxarmalı, bundan sonrakı hərəkətlərində və danışıqlarında daha məsuliyyətli olmalıdırlar”

Xəbər lenti