Putin Azərbaycan rəhbərliyinə təşəkkür edib

Putin Azərbaycan rəhbərliyinə təşəkkür edib

Biz respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rusdilli fakültələr fəaliyyət göstərir.

7NEWS.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

"Cənab Prezident danışıqların gedişində xatırlatdı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bunu izləməyə və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal büdcə vəsaitləri hesabına təhsil alır", - Putin vurğulayıb.


Xəbər lenti