Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır -AÇIQLAMA
12 Noyabr 2021, 14:49
12 Noyabr
2021
14:49
664
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.
Bu fikirləri QHT.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib.
Zaur İbrahimov qeyd edib ki, qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır.
"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib və yeni qurum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Sözügedən Fərmanla Agentliyin Nizamnaməsi təsdiqlənib. Agentliyin hüquq və vəzifələri müvafiq normativ-hüquqi aktlarla müəyyənləşib. Nizamnaməsinə görə Agentlik qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etməlidir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə bu qaydalar Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır. Həmçinin, qrant müsabiqələrinin təşkili, keçirilməsi, layihələrin qiymətləndirilməsi, əlaqələndirilməsi qaydası, hətta qrant maliyyələşməsinin yuxarı həddinin müəyyənləşdirilməsi də Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməlidir. Agentlik iyul ayında bütün bu məsələlərlə bağlı təkliflərini, daha sonra isə operativ olaraq rəyini təqdim edib.
Təəssüf hissi ilə qeyd edirəm ki, Nazirlər Kabineti sənədlərin hazırlanması üçün müəyyən edilən vaxtda bu işləri başa çatdıra bilmədi. Bu sənədlər qəbul olunmadan Agentliyin qrant müsabiqələri keçirmək hüququ yoxdur. Agentlik məhz bu qaydalar əsasında qrant müsabiqələrinin keçirə bilər.
Agentlik qrant müsabiqələrinin keçirilməsi üçün öz üzərinə düşən vəzifələrin icrasına çox məsuliyyətlə yanaşıb, QHT-lərə Dövlət Dəstəyi Şurasının praktikası təhlil edilib, təkmilləşdirilmələr aparılıb. Qrant müsabiqəsi elanı verilməsinə hazırlıqla bağlı qərar verib, bunu açıqlayıb. Qrant mövzularını QHT-lərlə məsləhətləşərək müəyyən edib. Elektron resurslarını yeniləyib. Yeni qrant siyasətinin layihəsini hazırlayıb. Yeri gəlmişkən yeni qrant siyasəti sənədinin son variantının hazır olması üçün də Nazirlər Kabinetinin qərarlarını gözləyirik. Agentliyin strukturu formalaşıb, işçi sənədlər qəbul olunub.
Agentlik bir çox hallarda digər dövlət qurumları ilə əlaqədar olan məsələlərdə obyektiv çətinlikləri başa düşməyə və təmkinlə yanaşmağa çalışır. Lakin, açıq qeyd etmək lazımdır ki, bir çox hallarda adekvat yanaşmanı görmürük və çalışırıq ki, işçi qaydada mövqeləri uzlaşdıraq, problemlərin mahiyyəti izah edək.
Agentlik çalışır ki, qrant müsabiqələrinin keçirilməsi praktikası təkmilləşsin, QHT-lər üçün mümkün qədər əlverişli şərtlər müəyyən edilsin. Agentliyin yanaşması bundan ibarətdir ki, qrant müsabiqələrinin keçirilməsi zamanı ən yaxşı yerli təcrübələr, qabaqcıl standartlar nəzərə alınsın, formal, bürokratiya yaradan amillərin qarşısı alınsın. Mövcud ehtiyac və poetnsialı nəzərə alan Azərbaycanın hazırkı milli prioritetlərini nəzərə alan səmərli, çevik qrant siyasəti yürüdülsün.
Ümid edirik ki, bütün dövlət qurumları bu istiqamətdə Agentliyə dəstək verəcəklər, nəzərə almaq lazımdır ki, Azərbaycanın parlaq qələbə qazandığı 44 günülük Vətən Müharibəsindən sonbra yaranmış yeni reallıqlar vətəndaş cəmiyyəti üçün yeni çağırışlar meydana çıxarıb. Bu çağırışlar Azərbaycanın milli maraqlarının beynəlxalq arenada müdafiəsi, erməni işğalı nəticəsində dəymiş ziyan, ermənilərin törədikləri talançılıq, ekoloji cinayətlər, flora və faunanın yox edilməsi, tarixi abidələrin məhv edilməsi ilə bağlı əməllərin beynəlxalq müstəvidə tanıdılması, bu cinayətlərə görə cavabdeh saxlanılması ilə bağlıdır.
Bu məsələlər Prezident İlham Əliyev tərəfindən də vacib vəzifələr kimi qeyd edilib. Bu kontekstdə vətəndaş cəmiyyətinin də üzərinə düşənləri etməsi üçün müvafiq dəstək göstərilməlidir. Vətəndaş cəmiyyəti ilə bağlı bir çox hallarda obyektivlikdən uzaq olan stereotiplər, yanaşmalar kənara qoyulmalıdır. Vətəndaş cəmiyyəti də öz fəaliyyətini yeni dövrün tələblərini nəzərə alaraq qurmalıdır.”
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov APA-ya müsahibəsində bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsi elan etməsinin gecikməsi və problemin səbəbinin Maliyyə Nazirliyi və Nazirlər Kabinetindən qaynaqlanması ilə bağlı iddialara münasibət bildirərkən qeyd etmişdi ki, problem Agentliklə bağlıdır. Vəsait var, bu vəsait də həmin quruma ayrılıb, buyursunlar, müvafiq qərar verib, vəsaitlərindən istifadə etsinlər.
Xəbər lenti
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
Digər xəbərlər
-
SOSİAL
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
SOSİAL
Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
MANŞET, SOSİAL
Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
SOSİAL
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
SOSİAL
Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
SOSİAL
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SOSİAL
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SOSİAL
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SOSİAL
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib