Ramil Həsən: Fransa heç vaxt Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə çalışmayıb

17 Noyabr 2022, 14:31
17 Noyabr
2022
14:31
87
"Özünü demokratiyanın "beşiyi” hesab edən Fransa təcavüzkar Ermənistana dəstək verməklə əslində beynəlxalq hüquqa böyük hörmətsizliyini nümayiş etdirir. 30 il Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən Azərbaycana qarşı Fransa Senatında "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul etməsi tamamilə absurddur”.
Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən deyib.
Deputat bildirib ki, yalan və iftiradan ibarət olan sənəd təxribat xarakterlidir. Bu fakt onu göstərir ki, Fransa heç vaxt ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə çalışmayıb. Həmsədr kimi Fransa Ermənistana dəstək verib. 44 günlük Vətən müharibəsi dövründə isə rəsmi Paris açıq şəkildə Ermənistanı dəstəkləməklə öz iç üzünü ortaya qoymuş oldu. Nə qədər gülünc olsa da, Fransa öz torpaqlarını azad etdiyinə görə Azərbaycanı ittiham etməyə çalışırdı. Hətta qələbədən bir neçə gün sonra Fransa Senatı ölkəmizə qarşı qərəzli sənəd qəbul etmişdi. Amma ölkəmiz öz haqq yolundan dönmədi və öz gücünə torpaqlarını işğaldan azad etdi. Minsk qrupu da tarixin arxivinə göndərildi. Fransa hazırda da bu mənfi və zərərli tendensiyanı davam etdirir.
Onun sözlərinə görə, Senat tərəfindən qəbul edilən bu kağız parçası hər hansı hüquqi qüvvəyə malik deyil: "Fransa parlamentariləri 30 il ərzində erməni işğalı altında olmuş torpaqlarımızın vandalizmə məruz qaldığını unutmamalıdırlar. Bu müddətdə Ermənistan tərəfindən işğal, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdalanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır. Qətnamədə "Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar ölkəmizin Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.
Ramil Həsən deyib ki, tarix boyu Fransa işğal siyasəti yürüdüb və günahsız insanlara qarşı qətliamlar törədib: "Fransa uzun illər müstəmləkə siyasəti aparıb və fransızlar tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Bundan başqa, 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə isə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub. Fransanın "kiçik bacısı” olan Ermənistan da ondan "nümunə” götürüb və ölkəmizə qarşı 30 il ərzində işğalçılıq siyasəti həyata keçirib. Bu dövrdə Fransa Ermənistanı dəstəkləyib. Beləliklə, Fransa Ermənistana işğal və qətliamlar üçün stimul verən bir ölkə olub. Ona görə də, bu iki ölkə bir-birini bu dərəcədə dəstəkləyirlər. Amma zaman əvvəlki zaman deyil. Azərbaycan regionda söz sahibi olan dövlətdir. Və prosesləri dövlətimizin lideri İlham Əliyev diqtə edir. Ona görə də, Fransa Senatının qəbul etdiyi bu qətnamə sadəcə kağız parçasından başqa bir şey deyil.”
Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, komandanlığı altında öz gücü və qüvvəsi, xalqımızın milli birliyi və həmrəyliyi ilə necə ki, II Qarabağ savaşı Vətən müharibəsində Zəfər qazandısa əminəm ki, bundan sonrada bizə qarşı ədalətsizlik, riyakarlıq həyata keçirilən bu ikili, çoxstandartlı oyunlar oynanılan dünyada, Fransa kimi Azərbaycana qarşı iyrənc siyasət yürüdən bütün güclərə qarşı daim dəmir yumruq kimi birləşərək mübarizə meydanında qalib gələcəkdir. Azərbaycan dövləti, başda Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyində, öndərliyində bütün çətinliklərindən və bizə qarşı qurulmuş olan bütün təxribat xarakterli oyunlardan uğurla qalib çıxacaq və hər zaman ədalətin zəfər çalması üçün addımlar ataraq nəticələrə yetişəcəkdir.
Xəbər lenti
-
15:50Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır - RƏY
-
12:45Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir
-
12:42Deputat radikal müxalifəti İranın agentləri adlandırdı
-
11:46Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibətilə “Ulu Öndər, sonsuzadək gəncliyin qəlbindədir” adlı bayram tədbiri keçirilib
-
11:4352 günün qəhrəmanları: “Könlüm Şuşada 2023” adlı tədbir çərçivəsində ekoaksiya iştirakçıları təbrik edilib
-
09:51Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - DEPUTAT YAZIR
-
17:48“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:19DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
12:31"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
11:39Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
19:49Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutuna dair təlimlərə Salyandan start verildi
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:11Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:30İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:08Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:55“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:15Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:57Arzuladığınız premium həyatı yaşayın! - City Garden Narimanov
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:34Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:41“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:33“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
16:59Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
01 Fevral 2023
31 Yanvar 2023
30 Yanvar 2023
29 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Əminəm ki, bu terroru törədənlər gec-tez cəzalandırılacaq" - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
İran dövləti neyləyir? - TƏHLİL
-
GÜNDƏM, SİYASƏT
İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
GÜNDƏM, SİYASƏT
“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
GÜNDƏM, SİYASƏT
“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
GÜNDƏM, SİYASƏT
“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyətdən danışıb" - DEPUTAT
-
GÜNDƏM, SİYASƏT
"Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir" - DEPUTAT