Ramil Həsən "Zəfər savaşı və Tarixi qalibiyyət" mövzusunda gənclərlə görüş keçirdi
27 Sentyabr 2021, 14:16
27 Sentyabr
2021
14:16
928
Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə Ucar rayon 91 saylı Seçki Dairəsindən deputat Ramil Həsən Ucar Gənclər Evinin təşkilatçılığı ilə Vətən torpaqlarımızın azad olunması yolunda canlarını fəda etmiş Şəhidlərimizin "27 sentyabr - Anım Günü" münasibətilə "Zəfər savaşı və Tarixi qalibiyyət" mövzusunda gənclərlə görüş keçirmişdir. Görüşdə Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla xanım Abdullayeva, "DAVAM" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Ucar Təhsil şöbəsinin müdiri Rauf Məmmədov və Ucar Gənclər Evinin direktoru Elamin Dibirov iştirak etmişdir. Toplantıda Ucar rayon Gənclər Evinin direktoru Elamin Dibirov açılış etdikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Qəhrəmanlıq və şücaətlərlə dolu olan 44 günlük Vətən Savaşı Şəhidlərinin il dönümü ərəfəsində Milli Məclisin deputatının və digər qonaqların gənclərlə görüşə gəlməyindən böyük məmnunluğunu ifadə etdi. Daha sonra Gənclər Evinin və gənclərin Qarabağ Vətən savaşı zamanı şəhid və qazi ailələrinə, o cümlədən ön cəbhəyə etmiş olduqları dəstək, eyni zamanda digər görülən işlər haqqında geniş məlumat verdi.
Milli Məclisin deputatı Ramil Həsən də öz növbəsində Ucar gənclərinə bu gün görüşə gəldikləri üçün təşəkkür edərək bildirdi ki, tam əminliklə deyə bilərəm cəbhədə uğurlarımızın ən başlıca səbəbi Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və milli birlik sayəsində döyüşçülərimizdə yaranan ruh yüksəkliyi , canını və qanını Vətən uğrunda fəda etməyə hazır olan və bu yolda canlarını fəda etmiş şəhidlərimiz və şübhəsiz ki, qazi olmuş, Vətən uğrunda vuruşaraq geri dönmüş igid Azərbaycan əsgərləridir.Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərbi meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi. Deputat təşəbbüsü və TUİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılan "Tək Millət, Tək Ürək” Beynəlxaq Hümanitar Platformasının 44 günlük Vətən savaşında və sonra Azərbaycanımızın rayonlarında, o cümlədən Ucar rayonunda Şəhid və qazi ailələrinə göstəmiş olduqları dəstək haqqında məlumat verdi, platforma çərçivəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini bildirdi.
Toplantıda çıxış edən "Davam " Gənclər Hərakatının rəhbəri Nihad Allahyarlı və digər natiqlər Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla xanım Abdullayeva və Ucar Təhsil şöbəsinin müdiri Rauf Məmmədov Vətən müharibəsi günlərində Ali Baş Komandanı Cənab İlham Əliyevin yorulmaz və misilsiz fəaliyyətini, eyni zamanda xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən birinin milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru olduğunu vurğuladı. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük ! Qələbəmizin qazanılmasında birliyimizin rolunun misilsiz olduğunu öz fikirlərində bildirdilər.
Sonda çıxış edən Ucar gəncləri gənclərlə səmərəli əməkdaşlığa və gənclərə göstərmiş olduğu xüsusi diqqətə, dəstəyə və qayğıya görə Milli Məclisin deputatı Ramil Həsənə və digər qonaqlara dərin təşəkkürlərini ifadə etdilər.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV