Şəhidlərin 40-cı günündə törədilən təxribata cəhdin məqsədi – Rəylər

Şəhidlərin 40-cı günündə törədilən təxribata cəhdin məqsədi – Rəylər
"Bu, Tovuz təxribatının davamıdır”.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Ermənistan iyul hadisələrindəki itkilərini və məğlubiyyətinin əvəzini belə təxribatlara cəhd etməklə çıxmaq istəyir:
Şəhidlərin 40-cı günündə törədilən təxribata cəhdin məqsədi – Rəylər
"Tovuz hadisələrinin davamı kimi, ermənilər öz təxribatçı hərəkətlərindən əl çəkmirlər. Məhz Tovuz hadisələrində qəhrəmanlıqla həlak olan şəhidlərimizin 40-cı günündə özlərinin çoxsaylı itkilərinin əvəzini çıxmaq üçün belə bir addım atdılar. Lakin Azərbaycan Ordusu bu prosesdən də üzü ağ çıxdı”.

Mövzu ilə bağlı münasibət bildirən hərbi ekspert Səməndər Məmmədovun fikrincə, Ermənistanın növbəti təxribatının məqsədi cəbhədə gərginlik yaratmaqdan ibarətdir:

Şəhidlərin 40-cı günündə törədilən təxribata cəhdin məqsədi – Rəylər

"Onlar bəlkə də, öz siyasi rəhbərlərinin məqsədinə çatmaq istəyirdilər. Nəticə isə əksinə oldu, özləri həm mənəvi, həm də fiziki cəhətdən böyük itkilər verərək, geri çəkilməli oldular”.

Qeyd edək ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.

Xəbər lenti