“Türkiyə və Azərbaycan arasındakı bu birlik möhtəşəmdir!” – DEPUTAT

“Türkiyə və Azərbaycan arasındakı bu birlik möhtəşəmdir!” – DEPUTAT
"Zəngilan Beynəlxalq Hava Limanının bu qədər qısa müddətdə ərsəyə gəlməsi, açılışa hazır olması Azərbaycan dövlətinin qüdrətini və gücünü göstərən amillərdən, əlamətlərdən biridir. Çox sevinirik. Həddindən artıq qürurlanırıq. Əsas da ona görə ki, doğma Qarabağımız artıq sözün gerçək anlamında dirçəlir, günü-gündən inkişaf edir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 

"Türkiyə Prezidenti cənab Ərdoğanın Qarabağa növbəti səfəri və Hava Limanının açılışında iştirakı isə sevincimizə sevinc qatdı. Həqiqətən də iki qardaş dövlət, Azərbaycan və Türkiyə arasındakı bu birlik möhtəşəmdir və bütün dünyaya verilən mesajdır. Türkiyə zatən hər zaman yanımızda olub, 44 günlük müharibədə öz mənəvi və siyasi dəstəyini ən yüksək formada göstərib və bu gün də bərabərik. Yaşasın, Türkiyə-Azərbaycan qardaşlığı. Tanrı Türkü qorusun!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti