Uşaqlarınızı “Oreo”dan uzaq tutun: Salmonella bakteriyası

Uşaqlarınızı “Oreo”dan uzaq tutun: Salmonella bakteriyası
Qəlyanaltıları ilə tanınan ABŞ-da yerləşən və "Oreo”, "Mikado” və "Pepito” istehsalçısı olan "Mondelez”in məhsullarında salmonella bakteriyası ehtimalı səbəbiylə 3 istehsal sahəsini bağladığı bildirilib.

7NEWS.az xəbər verir ki, İsveçrəli kakao və şokolad istehsalçısı "Barry Callebaut”, "Mondelez”ə məhsullarında salmonella bakteriyasının olması ehtimalı barədə xəbərdarlıq edib. Le Figaro-nun xəbərində, Ferrero-nun "Kinder” məhsulları ilə ortaya çıxan bənzər salmonella qalmaqalını yaşamamaq üçün "Mondelez”in "Oreo” peçenyelərinin də istehsal olunduğu 3 böyük istehsal sahəsində bəzi bölmələri qismən bağladığı bildirildi.

7NEWS.az

Xəbər lenti