Vardanyanın milyardlıq mülkləri...
02 Oktyabr 2023, 11:23
02 Oktyabr
2023
11:23
297
Milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini arvadının idarə etdiyi "Q Capital” şirkətinin idarəçiliyinə verib
"Laçın” postunda saxlanılan qondarma separatçı rejimin "dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Səbayel Rayon Məhkəməsi dörd aylıq həbs qətimkan tədbiri seçib.
1968-ci il təvəllüdlü R.Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürüb. Hazırda Dövlət Təhlükəsizlik Xidmətində onun istintaqı davam edir.
7News.Az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya mediası onun bu ölkədəki biznes və əmlakları haqda yazıb.
Məlumdur ki, Ruben Vardanyan Rusiyada "Troyka Dialoq” investisiya şirkətinin təsisçisi kimi məşhurlaşıb. Qərb jurnalistlərinin araşdırmasına görə, bu şirkət vasitəsilə Rusiyadan xaricə təxminən 4,6 milyard dollar çıxarılıb. O, "Skolkovo” məktəbinin ilk prezidenti və "Rosqosstrax”ın idarə heyətinin üzvü kimi tanınıb.
Məlumata görə, milyarder Qarabağa getdikdən sonra Rusiyadakı bütün biznesini "Q Capital” şirkətinin idarəçiliyinə verib. Onun nizamnamə kapitalı 4,5 milyard rubl, keçənilki gəliri 800 milyon rubl təşkil edib. "Q Capital”ın sahibləri isə "TD Advisors” offşor şırkəti və Vardanyanın həyat yoldaşı Veronika Zonabenddir.
Ümumilikdə, Ruben Vardanyan "Q Capital”ın nəzarəti altında olan bir neçə şirkətinin səhmlərini dövr edib. Söhbətin hansı şirkətlərin səhmlərindən getdiyinə baxaq. "Avtoinvest"in 20 faizi. 2021-ci ilin dekabrına olan məlumata görə, "Avtoinvest” "KamAZ” səhmlərinin 23,54%-nin sahibi olub. Maliyyə hesabatlarına görə, 2022-ci ildə "Avtoinvest” in xərcləri 3,5 milyard rubl təşkil edib, xalis aktivləri isə 16 milyarddan 13 milyard rubla qədər azalıb.
"Feelgood” Konstaltinq Bürosunda 60 faiz paya sahib olan Vardanyanın bu bürosu audit və risklərin qarşısının alınması da daxil olmaqla, Rusiyadakı xeyriyyəçi QHT-lərə hüquqi, maliyyə, piar və qrant dəstəyi xidmətləri göstərir. Ümumi "çirkli gəliri” ildə təxminən 150 milyon rubl təşkil edir, lakin rəsmi xalis gəliri cüzidir.
"Atlanta” və "Atlanta Şimal-Qərbi” adlanan qapalı biznes klubunda da biznesmenin 85 faiz payı var. Mövcud olduğu beş il ərzində gəlirlər yüz milyondan üç yüz milyona qədər artıb, keçən il də xalis mənfəət əldə edib.
"Vosxod"adlı qiymətli kağızlar dillerində 25 faiz payı olsa da, məlumatlara görə, ötən il təxminən 200 milyon rubl dəyərində aktivlərini itirib.
Həmçinin, Vardanyanın həyat yoldaşının nəzarət etdiyi "Q Capital"ın idarəetməsində faydalı qazıntıların çıxarılması üçün lisenziyası olan Belqorod sənaye parkında "Kombinat" şirkəti və Moskva yaxınlığında plastik istehsal edən zavod var.
Daşınmaz əmlaklarına gəlincə, Kremlin bir neçə addımlığındakı Arbat ərazisində yerləşən "Romanov Dvor” biznes mərkəzi Vardanyan ailəsinin mülkiyyəti olaraq qalır. Bu, Moskvadakı ən bahalı kommersiya məqsədli daşınmaz əmlaklarından biridir. Hazırkı qiymətlərlə hər il təxminən 3 milyard rubl gəlir əldə edə bilər.
Rusiya KİV-lərinin məlumatına görə, Vardanyanın qohumları, o cümlədən həyat yoldaşı Veronika Zonabend hazırda Rusiya paytaxtındadır. Çox güman ki, onlar "Romanov" dəbdəbəli yaşayış kompleksində ("Romanov Dvor" biznes mərkəzi ilə üzbəüz yerləşir) təxminən 400 milyon rubl dəyərində 230 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırlar. Bu bina SSRİ-də Xruşşov, Molotov, Voroşilov, Kosıgin, Budyonnı, Jukov və digər partiya rəhbərlərinin yaşadığı qraf Şeremetyevin keçmiş yaşayış binalarının məhəlləsinə aiddir. İndi modern şəkildə təmir olunub və əla görünüşə sahibdir. Qapı şir heykəlləri ilə "qorunur”. Qədim fənərlərlə işıqlandırılan həyətdə inqilabdan əvvəlki aristokratik ab-hava yaradır. Bütün mənzillər ağıllı ev sistemləri ilə təchiz olunub.
Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edənə qədər Moskvada "Petrovski həyəti”ndə 150 kvadratmetr ərazidəki mənzildə qeydiyyatda olub. Bura III Aleksandrın dövründə tikilmiş altı tarixi malikanə olan eksklüziv yaşayış kompleksidir. 7/24 mühafizə olunur, nəzarət-buraxılış məntəqəsi, ətrafda kameralar var. Vardanyanların bu daşınmaz əmlakının qiyməti də150 milyon rubl qiymətləndirilir.
Vardanyanlar ailəsinin Tverskaya küçəsindəki "Stalinka” binada da təxminən qiyməti 70 milyon rubl olan mənzili var. Bu, Qalina Vişnevskaya, Mstislav Rostropoviç, Georgi Sviridov və başqa musiqi elitasının yaşadığı Stalin dövründəki binadır.
Xəbər lenti
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
09 May 2024
08 May 2024
06 May 2024
05 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV