Vüsal Quliyev: "Vətən müharibəsində gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi"

Vüsal Quliyev:

"Vətən müharibəsi zamanı dəfələrlə terror hadisələrinə məruz qalmalarına baxmayaraq, gəncəlilər şücaət göstərərək düşmənə göz dağı verdi".

Bunu  Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Gəncə şəhərində keçirilən Zəfər Forumunda verdiyi açıqlamada bildirib.

O, bu forumun Gəncədə keçirilməsinin heç də təsadüfi olmadığı bildirib:

"Vətən müharibəsi zamanı oktyabr ayının müxtəlif günlərində ermənilər tərəfindən Gəncə bir neçə dəfə terrora məruz qalıb. Buna baxmayaraq, gəncəlilər böyük şücaət göstərərək düşmənə göz dağı veriblər. Biz bu forumu keçirərək Zəfər gününə qədər yaşananları bir daha ictimaiyyətə çatdırırıq", - V.Quliyev deyib.

Qeyd edək ki, növbəti Zəfər forumu sabah Ağstafa rayonunda keçiriləcək./report


Xəbər lenti