Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar
14 İyun 2019, 12:45
14 İyun
2019
12:45
2027
Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış "Dostluq haqqında xartiyaları” ləğv edib. Bu barədə "armenews.com” erməni internet resursu məlumat yayıb. Bildirilir ki, məhkəmə sənədi qanunsuz hesab edərək onun ləğvi ilə bağlı qərar çıxarıb.
Bu xəbər Azərbaycan ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev bu barədə fikirlərini bizimlə bölüşdü:
– Bu məlumatı mətbuatdan eşidəndə çox məmnun oldum. Belə ki, Fransa kimi böyük bir dövlətdə xalqımız üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti ədalətli bir qərarın qəbul edilməsi çox təqdirəlayiq haldır.
Bu il mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Qrenobıl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.
Qeyd etmək lazımdır ki, son illər Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri Qərb ölkələrinin ictimaiyyətinə daha yaxından bəlli olur. Hesab edirəm ki, diplomatlarımız bu istiqamətdə fədakarcasına çalışırlar. Belə ki, bu ədalətli qərarlar, fikrimcə, ilk növbədə, Azərbaycan dövlətinin öz xarici siyasət kursunu düzgün qurması nəticəsində mümkün olub.
Sirr deyil ki, Fransada erməni lobbisi uzun illər xeyli güclü olub. Görünür, əsl həqiqəti gizlətmək artıq qeyri-mümkündür. Həqiqət isə budur ki, Ermənistan işğalçı, təcavüzkar dövlətdir və işğal etdiyi suveren qonşu ölkənin ərazilərini geri qaytarmaq istəmir.
Ümid edirəm ki, Fransanın Qrenobıl şəhəri inzibati məhkəməsinin sözügedən "Dostluq haqqında xartiyaları” ləğv etməsi rəsmi İrəvan üçün ciddi xəbərdarlıq olmalıdır. İşğalçı ölkə Dağlıq Qarabağla bağlı öz məkrli siyasətindən əl çəkməlidir. Əks təqdirdə, Azərbaycan xalqı zor gücünə öz tarixi torpaqlarını yağı düşməndən azad edəcək.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı haqlı mövqeyi öz təsdiqini tapır. Lakin heç vəchlə arxayınlaşmaq olmaz. Ölkəmizin hər bir vətəndaşı, bütün vətənpərvər insanlar Qarabağ həqiqətlərini bütün dünyaya yaymağa çalışmalıdır. Dünya işğalçı Ermənistanın əsl xislətindən xəbərdar olmalıdır. //"Xalq qəzeti”

Xəbər lenti
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
SİYASƏT
Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
SİYASƏT
O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
SİYASƏT
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
SİYASƏT
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI