“Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində Nazirlər Toplantısı keçirilib
06 May 2022, 18:34
06 May
2022
18:34
564
"Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində "Kənd təsərrüfatında rəqəmsallaşma: İrəliyə doğru yol, adaptasiya üçün yanaşmalar və qabaqcıl təcrübələr” mövzunda Nazirlər Toplantısı keçirilib.
Toplantında qeyd olunub ki, iqlim dəyişikliyi təzyiqi altında məhdud və azalan təbii ehtiyatlardan istifadə edərək 2050-ci ilə qədər təxminən 10 milyard əhalinin qida ilə təmin olunması əsl sınaqdır. Belə ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qlobal kənd təsərrüfatı torpaqlarının sahəsi 3 faiz azalıb. Əhalinin artması fonunda 2000-2019-cu illərdə adambaşına düşən əkin sahələri bütün regionlarda 17 faiz azalıb. Azalma tendensiyasına baxmayaraq bu illərdə ümumi ilkin məhsul istehsalı 53 faiz artıb.
Tədbirdə çıxş edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, rəqəmsal texnologiyalar kənd təsərrüfatı ilə yanaşı, məşğulluq, ticarət, ətraf mühit və bazarlar üçün yeni bir fürsətdir. Ərzaq təhlükəsizliyinin təmini və dayanıqlı kənd təsərrüfatının qurulması əsas hədəflər olduğundan investisiyaların əsas hissəsi rəqəmsal və ağıllı kənd təsərrüfatının transformasiyasına yönəldilir. Əsas dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqi üçün innovasiya tərəfdaşlarının stimullaşdırılmasına istiqamətlənib. Fermerləri rəqəmsal texnologiyalardan istifadə etməyə təşviq etməklə yanaşı, onların maliyyə resurslarına və təlim xidmətlərinə çıxışı təmin edilir. Hazırda qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, onların dəyər zəncirlərinə inteqrasiyasıdır. Yaşıl Enerji Zonaları kimi elan edilən bu ərazilərin inkişafı "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyasına əsaslanır. Bununla yanaşı, bu ərazilərdə kənd təsərrüfatının inkişafı siyasəti iqlimə uyğun ağıllı texnologiyalardan istifadəyə əsaslanacaq.
FAO-nun Baş Direktoru Qu Dongyu bildirib ki, rəqəmsallaşma kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynayır. Rəqəmsal texnologiyaların geniş tətbiqi kəndlərlə şəhərlər arasında fərqi minimuma endirməklə yanaşı, kənd təsərrüfatı məhsullarının və qida istehsalının əhəmiyyətli artımına mühüm töhfələr verəcək.
Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi elçisi David Nabarro, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) baş direktoru Pablo Roca Blasco, Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirinin müavini Henryk Kovalcyuk, ABŞ-ın Oklahoma ştatının kənd təsərrüfatı üzrə katibi Blayne Arthur, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Mariano Qrossi, Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Viorel Gherciu, Tacikistanın kənd təsərrüfatı naziri Sadi Karimzoda, Türkiyə kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, aqrar sahədə məlumat bazalarının formalaşdırılması, kənd təsərrüfatı sahəsində məlumatların idarə edilməsi, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.
Bununla da "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans başa çatıb.
Xəbər lenti
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!