Mart-apreldən toylara icazə veriləcək? - AÇIQLAMA

Mart-apreldən toylara icazə veriləcək? - AÇIQLAMA

Son günlər koronavirusa yoluxanların sayının azalması karantin rejiminin yenidən yumşaldılması və bir sıra qadağaların aradan qaldırılması məsələsini gündəmə gətirib.

Cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri toyalra qoyulan qadağaların aradan qaldırılmasıdır.

7News.Az xəbər verir ki, məsələ ilə bağlı redaktor.az-a danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, toylara icazənin verilməsi ilə bağlı hələlik dəqiq nəsə demək mümkün deyil:

"Əgər vaksinasiya olunduqdan sonra yoluxma sayı minimuma enərsə, bir çox qadağalar əlbəttə ki, yumşaldılacaq. Hesab edirəm ki, bu, təxminən mart-aprel aylarında baş verəcək. Əgər gözləntilər özünü doğrultsa, çox güman gələn ilin mart-aprel aylarından sonra müəyyən şərtlərlə toylara icazə verilə bilər. Amma hələlik bu haqda dəqiq nəsə demək olmaz. Toyların və kütləvi tədbirlərin qadağan olunması insanlarımızı qorumaq üçün dövlət tərəfindən atılan addımdır. Hazırda karantin qaydalarına ciddi şəkildə əməl etmək lazımdır. Yoluxmanın azalması bizi aldatmasın, vəziyyət hər an dəyişə bilər".

 

7News.Az

Xəbər lenti