Minsk Qrupu zamanında erməni işğalçılarını Qarabağdan geri çəkməyi bacarsaydı, müharibə olmazdı - Deputat
Minsk Qrupu zamanında erməni işğalçılarını Qarabağdan geri çəkməyi bacarsaydı, müharibə olmazdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Onun sözlərinə görə, BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə möhtərəm Prezident İlham Əliyevin söylədiyi fikirlər illər boyunca bölgədə cərəyan edən proseslərə verilmiş olan ən gözəl və mükəmməl qiymət idi. Xüsusən də beynəlxalq birliyin, beynəlxalq təşkilatların susqunluğu və faktiki öhdəliyi ilə bağlı dövlət başçısı məlum dairələrə açıq mətnli mesajlar ünvanladı və çox haqlı olaraq qeyd etdi ki, vəziyyətin bu həddə qədər gəlib çıxmasına görə Ermənistanla bərabər onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq təsisatlar da məsuliyyət daşıyırlar.
Deputat qeyd edib ki, BMT-nin 4 qətnaməsi illər uzunu havada qaldı, icra olunmadı. Üstəlik, təyinatı, missiyası birbaşa Qarabağ münaqişəsinin həlli olan Minsk Qrupunun 3 həmsədri məhz həmin BMT-nin Təhlükəsizlik Şurasının üzvü idi: "Yəni, əslində, çarə vardı ki, bu məsələ dinc yolla həll olunsun. Sadəcə, Ermənistana təsir etmək, onu geri çəkmək, hətta müəyyən məqamlarda təzyiq göstərmək lazım idi. Amma nə BMT bunu etdi, nə də Minsk Qrupu. Hamı susqun qaldı. Beynəlxalq hüququn tələbləri icra olunmadı. BMT-nin qətnamələri elə kağız üzərində qaldı və nəhayətində Azərbaycan dövləti beynəlxalq hüququn tələblərini də, BMT-nin qətnamələrini də özü icra etməli oldu. Özü öz gücünə torpaqlarını işğaldan azad etdi. Özü erməniyə dərs verdi. Özü "dəmir yumruğu” terroristin, qəsbkarın, təxribatçının başına vurdu. Hərçənd, bir daha qeyd etmək istəyirəm: Əgər beynəlxalq təşkilatlar və əsasən də ATƏT-in Minsk Qrupu zamanında erməni işğalçılarını geri çəkməyi bacarsaydı, vəziyyət bu yerə qədər gəlib çıxmazdı, müharibə olmazdı, bölgədə konflikt ocağı qalmazdı.
İndi isə Azərbaycan yalnız irəli baxır. Əsas missiya da erməni vandallarının viran qoyduğu əraziləri bərpa etməkdir. Artıq işlər başlanılıb. Əzəli torpaqlarımız yenidən dirçəlir. Qarabağ bu gün rahat nəfəs alır. Beynəlxalq təşkilatlar məhz indi müvafiq addımlar atmalı, Qarabağdakı bərpa işlərində Azərbaycana dəstək verməlidir".
7News.Az
Xəbər lenti
-
12:34Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:03Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:01QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:50Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:36Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
Digər xəbərlər
-
GÜNDƏM, SİYASƏT
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM, SİYASƏT
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM, SİYASƏT
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
GÜNDƏM, SİYASƏT
İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
GÜNDƏM, SİYASƏT
Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
GÜNDƏM, SİYASƏT
“Makronun söylədikləri absurd və qərəzdən ibarətdir.” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
"Onlar həbsxanada əməlli kef edirlər" - Deputatdan SENSASİYA dolu yazı...
-
GÜNDƏM, SİYASƏT
“Başına daşmı düşüb, yoxsa havamı gəlib?!” – Elşən Musayev
-
GÜNDƏM, SİYASƏT
Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...