“SƏLİS Könüllüləri” İctimai Birliyi rəsmən təsis olunacaq

“SƏLİS Könüllüləri” İctimai Birliyi rəsmən təsis olunacaq
27 avqust 2020-ci ildə "SƏLİS Könüllüləri”nin onlayn konfransı keçiriləcək. Konfransda "SƏLİS Könüllüləri”nin Təşkilat Komitəsinin son 6 aylıq hesabatı dinləniləcək və "SƏLİS Könüllüləri” İctimai Birliyi rəsmən təsis olunacaq.

"SƏLİS Könüllüləri”nə qoşulmaq və konfransda iştirak etmək üçün avqustun 25-nə kimi innobank.az saytında "SƏLİS Könüllü Bankı” vasitəsilə qeydiyyatdan keçmək olar.

Konfrans haqqında əlavə məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Sima Cabbarova ([email protected], +994124931780 (402)) ilə əlaqə saxlaya bilərlər.

7News.Az

Xəbər lenti